525.Az

İspaniyada meşə yanğınlarına qarşı maraqlı addım


 

İspaniyada meşə yanğınlarına qarşı maraqlı addım<b style="color:red"></b>

İspaniyanın Barselona şəhərində meşə yanğınları artmaqdadır.

525.az xarici mətbuata istinadən xəbər verir ki, bu yanğınların yayılmasını azaltmaq üçün hökumət yeni qərar qəbul edib. Belə ki, riskli ərazilərdə keçi və qoyunların quru ot yeməsinə icazə veriləcək. Artıq ilkin təcrübə üçün 290 baş keçi və qoyun əraziyə buraxılıb.

Qeyd edək ki, Avropa ekstremal istilərlə yanaşı, meşə yanğınları ilə də mübarizə aparır.

Əntiqə Kərimzadə

 





16.08.2022    çap et  çap et