525.Az

Norveçdə taxta körpü çökdü


 

Norveçdə taxta körpü çökdü<b style="color:red"></b>

Norveçin cənubunda taxta körpü naməlum səbəbdən uçub. Nəticədə nəqliyyat vasitəsi çaya düşüb.

525.az “Hürriyət.com”a istinadən xəbər verir ki, yerli vaxtla saat 07:30 radələrində baş verən qəzada avtomobil çaya düşüb. Yük maşını körpünün üzərində qalıb. Hadisə yerinə göndərilən helikopterlə aparılan xilasetmə işləri nəticəsində yük maşınının sürücüsü avtomobildən çıxarılıb. 

Qeyd edək ki, təxminən 150 metr uzunluğunda olan və 2012-ci ildə istifadəyə verilmiş körpü Qudbrandsdalslagen çayının qərb sahilini Tretten kəndi ilə birləşdirirdi.

Əntiqə Kərimzadə

 





16.08.2022    çap et  çap et