525.Az

“Mingəçevir su anbarının altında zəlzələ ocağı yerləşir”


 

“Mingəçevir su anbarının altında zəlzələ ocağı yerləşir”<b style="color:red"></b> “Mingəçevir su anbarı çoxdan problemlidir. Bununla bağlı dəfələrlə müraciət olunub ki, orada kompleks tədqiqatlar aparmaq lazımdır. Həmçinin, adıçəkilən su anbarında monitorinq sistemi qurulmalıdır”.

Lent.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.
 
O qeyd edib ki, 2010-ci ildə Kür daşqınları zamanı Mingəçevir su anbarında da təhlükəli vəziyyət yaranıb: “O zaman suyun axınının səviyyəsini aşağı salmışdılar. Həmin dövrdə seysmiklik artmağa başladı. Çünki həmin hövzənin altında zəlzələ ocağı yerləşir. Həmin ərazi seymogen ərazidir”.
 





10.06.2014    çap et  çap et