525.Az

DİM-də TOEFL iBT imtahanı keçiriləcək


 

DİM-də TOEFL iBT imtahanı keçiriləcək<b style="color:red"></b>

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçiriləcək.

525.az DİM-ə istinadən xəbər verir ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə binada olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 





17.08.2022    çap et  çap et