525.Az

Ölkə üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb


 

Ölkə üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə 525.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, ötən gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar tam ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 





17.08.2022    çap et  çap et