525.Az

Moskvada “Nizami” filmi nümayiş olunacaq


 

Moskvada “Nizami” filmi nümayiş olunacaq<b style="color:red"></b>

Avqustun 17-də Müslüm Maqomayevin doğum günü münasibətilə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan pavilyonu”nda “Nizami” filminin nümayişi keçiriləcək.

525.az-ın məlumatına görə, tədbir Azərbaycan pavilyonunun rəhbərləri tərəfindən təşkil olunub.

Qeyd edək ki, filmdə baş rolda estrada və opera müğənnisi, aktyor, bəstəkar, Azərbaycan SSR-in Əməkdar artisti və Sovet İttifaqının Xalq artisti M.Maqomayev oynayıb.

 





17.08.2022    çap et  çap et