525.Az

İraqda 28 Türkiyə vətəndaşı terrorçular tərəfindən girov götürülüb


 

İraqda 28 Türkiyə vətəndaşı terrorçular tərəfindən girov götürülüb<b style="color:red"></b>

 İraqın şimalında 28 türkiyəli TIR (böyük yük avtomobili) sürücüsü girov götürülüb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə Mosul şəhərində baş verib. Türkiyədən Mosula mazut daşıyan sürücülər İraq Şam İslam Dövləti (İŞİD) adlı terror təşkilatı tərəfindən girov götürülüb. Hazırda onların harada olduqları bəlli deyil. 
 
Qeyd edək ki, İŞİD İraq və Suriya ərazisində fəaliyyət göstərir. İŞİD silahlıları Suriyada hökumət qüvvələrinə qarşı döyüşür.

 





10.06.2014    çap et  çap et