525.Az

Rusiya Ermənistana nota verib


 

Rusiya Ermənistana nota verib<b style="color:red"></b>

Rusiyanın Ermənistandaklı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

525.azTASS-a istinadən xəbər verir ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan mediasının Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

"Avqustun 14-də "Surmalu" ticarət mərkəzindəki partlayışla balı yerli informasiya məkanında Rusiya strukturlarının ünvanına iftira və yalan ittihamlar yer alan məlumatlardan dolayı hiddətimizi bildiririk", - deyə açıqlamada deyilir.

Rusiya səfirliyi tirajlanan belə informasiyaların bəzi siyasi qüvvələr tərəfindən Rusiya-Ermənistan müttəfiq münasibətlərinin pozulmasına yönəlmiş təxribat kimi dəyərləndirdiklərini əlavə edib.

 





17.08.2022    çap et  çap et