525.Az

Sabah 42 dərəcə isti olacaq


 

Sabah 42 dərəcə isti olacaq<b style="color:red"></b>


Avqustun 18-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacaq.

 





17.08.2022    çap et  çap et