|
|
|
|
Türkiyə və İsrail qarşılıqlı olaraq yenidən səfirlər təyin edilməsinə qərar verib.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayevlə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, yaxın zamanda bu barədə bəyanat yayılacaq və Türkiyə İsrailə təyin ediləcək səfirin adını açıqlayacaq.