525.Az

Türkiyə və İsrail qarşılıqlı səfirlər təyin edəcək


 

Türkiyə və İsrail qarşılıqlı səfirlər təyin edəcək<b style="color:red"></b>

Türkiyə və İsrail qarşılıqlı olaraq yenidən səfirlər təyin edilməsinə qərar verib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayevlə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, yaxın zamanda bu barədə bəyanat yayılacaq və Türkiyə İsrailə təyin ediləcək səfirin adını açıqlayacaq.

 





17.08.2022    çap et  çap et