525.Az

Elmi-Tədqiqat Pediatriya İnstitutu beşəmlərlə bağlı açıqlama yayıb


 

Elmi-Tədqiqat Pediatriya İnstitutu beşəmlərlə bağlı açıqlama yayıb<b style="color:red"></b>

11.08.2022-ci il tarixində doğulan beşəmlərin müalicəsi davam edir.

Elmi-Tədqiqat Pediatriya İnstitutundan 525.az-a verilən xəbərə görə, İnstitutun direktoru Allahverdi Musayev, baş həkimi Azər Əhmədov və Anesteziologiya Reanimasiya İntensiv Terapiya şöbəsinin müdiri Xalidə Mustafayeva körpələri müayinə ediblər.

Bütün kliniki və laborator müayinələrdən keçirilən beşəmlərin vəziyyəti hazırda I tay küvezdə vəziyyəti orta ağır, nəmlənmiş nazal oksigen alır, II tay ağır, CPAP rejimində respirator tənəffüs dəstəyi alır, III tay orta ağır, nəmlənmiş nazal oksigen alır IV və V tay Süni Ventilyasiya aparatında ağciyərlərin ventilyasiyası aparılır.

Məlumat üçün bildirək ki, 32-ci həftəsində doğulmuş beşəmlərin 3-ü həyatlarının birinci sutkasında ağır vəziyyətdə, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

 





17.08.2022    çap et  çap et