525.Az

Məşhur alim Məsud Aşina azərbaycanlı həkimlərə ustad dərsləri keçib


 

Məşhur alim Məsud Aşina azərbaycanlı həkimlərə ustad dərsləri keçib<b style="color:red"></b>

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina azərbaycanlı həkim-rezidentlər və mütəxəssislər üçün ustad dərsləri keçib.

525.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində baş tutan təlimdə alim “Birincili baş ağrılarının differensial diaqnostikası və menecmenti” mövzüsunda çıxış edib. Bildirib ki, baş ağrıları cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran, dünyada əlilliyə ən çox gətirən səbəblərdən biridir. Hazırda bu xəstəliyin dünyanın inkişaf etmiş ölkələrində ciddi problem kimi qəbul edildiyi, düzgün müalicənin təmin olunması üçün səhiyyə işçilərinin peşəkar hazırlığının, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğu nəzərə çatdırılıb. Professor beynəlxalq təcrübəsini təlim iştirakçıları ilə bölüşüb.  

Qeyd edək ki, 1989-cu ildən Danimarkada yaşayan Məsud Aşina diasporumuzun fəal nümayəndəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü seçilib. Ötən ilin avqust ayında Bakı Sağlamlıq Mərkəzində  şiddətli baş ağrılarından əziyyət çəkən Vətən müharibəsi qazilərinin tibbi müayinə və müalicələrini aparıb. Bu prosesdə Harvard Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina və Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina da iştirak ediblər. Bundan başqa, Məsud Aşina “ağıllı kənd” konsepsiyası üzrə yenidən qurulan Zəngilanın Ağalı kəndində əhaliyə xidmət üzrə həyata keçirilən “Salam Doktor” platformasında təmsil olunan azərbaycanlı həkimlərdən biridir.

 

 





17.08.2022    çap et  çap et