525.Az

Ərdoğan Ukraynaya yola düşüb - Yenilənib


 

Ərdoğan Ukraynaya yola düşüb - <b style="color:red">Yenilənib</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

***

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hazırda Ankaradakı Esenboğa hava limanındadır.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.

 





18.08.2022    çap et  çap et