525.Az

“Xəzər dənizi potensial gücə malik zəlzələ ocaqlarından ibarətdir”


 

“Xəzər dənizi potensial gücə malik zəlzələ ocaqlarından ibarətdir”<b style="color:red"></b> “Xəzər dənizi potensial gücə malik zəlzələ ocaqlarından ibarətdir”.

Lent.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Bakıda zəlzələ təhlükəsi Xəzər dənizindəki zəlzələ ocaqlarından yaranır: “Orada həmişə proses gedir. Xəzərdə zəlzələ olacaqlar var. Amma Abşeronda zəlzələ ocağı yoxdur”.
 
Q. Yetirmişlinin sözlərinə görə, 2004-2012-ci illər ərzində ən güclü zəlzələlər 2012-ci ildə baş verib: “Qeyd olunan ildə Azərbaycanda maqnitudası 4-dən çox olan 4 yeraltı təkan qeydə alınıb. Qeyd olunan il ən böyük zəlzələ Zaqatalada baş verib. Orada dağıntılar da çox olmuşdu”.
 
O qeyd edib ki, 2013-cü ildə də yeraltı təkanlar çox olub.
 





10.06.2014    çap et  çap et