525.Az

Azərbaycan idmançıları sonuncu gündə üç idman növündə çıxış edəcək


 

Azərbaycan idmançıları sonuncu gündə üç idman növündə çıxış edəcək<b style="color:red"></b>

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 14-cü günə start veriləcək.

525.az-ın verdiyi xəbərə görə, Azərbaycan idmançıları sonuncu gündə 3 idman növündə qüvvəsini sınayacaq.

Tokio olimpiadasının gümüş mükafatçısı, karateçi İrina Zaretska da mübarizə aparacaq.

İdman gimnastikası
15:30. Qadınlar (final)
Çoxnövçülük - komanda

Kikboksinq
11:00. Kişilər, yarımfinallar və finallar
Yarımfinal: Ramal Aslanov (Low-kick, 75 kq), Anar Məmmədov (Low-kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) Fərid Ağamoğlanov (Full kontact 63,5 kq)
Final: Saqi Salehli (Full kontact, 75 kq), Elvin Ağayev (Full kontact, 86 kq)

Karate
Kişilər: Pənah Abdullayev, Asiman Qurbanlı (hər ikisi +84 kq)
Qadınlar: Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 





18.08.2022    çap et  çap et