525.Az

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Mikayıl Abdullayev” adlı biblioqrafiya nəşr edilib


 

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Mikayıl Abdullayev” adlı biblioqrafiya nəşr edilib<b style="color:red"></b>

Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Mikayıl Abdullayev” adlı biblioqrafiya kitabı hazırlanıb.                  

525.az xöəbər verir ki, Azərbaycan rəssamlıq məktəbinin banilərindən biri, milli incəsənətimizin dəyərli nümayəndəsi, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafatının laureatı, Rusiya Rəssamlıq Akademiyasının üzvü, professor Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş biblioqrafiyada görkəmli fırça ustasının zəngin yaradıcılığı haqqında dolğun məlumatlar yer alıb.        

Rəssamın çoxşaxəli yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq məqsədilə hazırlanmış biblioqrafiyada materiallar təxminən 1943-cü ildən 2021-ci ilədək olan, demək olar ki, 80 illik dövrü əhatə edir. Burada Mikayıl Abdullayevin kitabları, əsərlərinin kataloqları, dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələri, əsərlərinin reproduksiyaları, həyat və yaradıcılığı ilə bağlı materiallar toplanıb. Azərbaycan və rus dillərində tərtib edilmiş bu biblioqrafiyada materiallar xronoloji ardıcıllıqla verilib, daxildə isə əlifba sırası üzrə qruplaşdırılıb.

Biblioqrafiyadakı “Mikayıl Abdullayev dünya kitabxanalarında” və “Mikayıl Abdullayev dünya universitet kitabxanalarında” bölmələri rəssamın dəyərli irsinin dünya səviyyəsində təbliğinin mənzərəsini əks etdirərək, oxucuda müəyyən fikir formalaşdırmağa kömək edir.                  

Biblioqrafik vəsaitlərdən istifadəni asanlaşdırmaq üçün biblioqrafiyanın sonunda Mikayıl Abdullayevin kitablarının, məqalələrinin, rəsm əsərlərinin reproduksiyalarının və haqqında yazan müəlliflərin əlifba göstəricilərindən ibarət köməkçi aparat verilmişdir.                                

Vəsaitdə Mikayıl Abdullayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, rəssamın qələmindən sətirlər də öz əksini tapıb.                                    

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/M.Abdullayev.pdf linkindən istifadə edə bilərlər.

 





18.08.2022    çap et  çap et