525.Az

Çimərlik mövsümü açıldı


 

Çimərlik mövsümü açıldı<b style="color:red"></b>

İyunun 8- Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna Sularda Xilasetmə Məntəqəsində "Azərbaycanda 2014- il çimərlik mövsümü" start verilib.

APA-nın məlumatına görə, Fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən DSXX-nin Təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev bildirib ki, xidmət su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün tabeliyində olan 400-dən artıq şəxsi heyəti 200-ə yaxın xilasetmə texnika avadanlıqları ilə xilasetmə işlərini ildən-ilə təkmilləşdirir, su hövzələrində baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

DSXX rəisi Eldar Quliyev isə çıxışında qeyd edib ki, qurum vətəndaşların həyatının qorunması üçün qarşıya qoyulmuş tələb tapşırıqları 42 struktur bölmələrin vasitəsilə həyata keçirir. Onun sözlərinə görə, 8 il ərzində FHN tərəfindən insan həyatının sularda təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsi üçün xidmət yeni texnika avadanlıqlarla təchiz edilib, xilasetmənin keyfiyyətli həyata keçirilməsi üçün ixtisaslı kadrlar hazırlanıb.

Sonra tədbir iştirakçılarına DSXX-nin istifadəsində olan müasir xilasetmə avadanlıqları nümayiş etdirilib, qurumun əməkdaşlarının xilasetmə əməliyyatları təlimləri izlənilib.

DSXX-nin xilasetmə dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov qeyd edib ki, 2005-ci ildən 2014- ilin müvafiq dövrünə qədər çimərlik qeyri-çimərlik ərazilərində 3349 nəfərin, bu il isə 13 nəfərin həyatı xilas edilib. Onun sözlərinə görə, ölkənin qeyri-çimərlik sahələrində 55 nəfər ölüb, 265 nəfərin həyatı isə xilas edilib.

 M. Piriyev isə jurnalistlərə açıqlamasında deyib ki, havaların isti olması ilə əlaqədar DSXX-nin şəxsi heyəti mayın 23-dən gücləndirilmiş rejimində fəaliyyət göstərir: "Ancaq havaların küləkli olması ilə əlaqdar dəniz mövsümünün açılışı bu gün həyata keçirildi. DSXX qış aylarında da ölkə ərazisində təbliğat, maarifçilik işləri həyata keçirib, 10 minə yaxın təbliğat maarifçilik plakatları, lövhələri ictimaiyyətə təqdim olunub".

M. Piriyev əlavə edib ki, son illər yerli icra orqanları ilə aparılan işlər nəticəsində artıq qeyri-çimərliklərdə nəzarət gücləndirilib bu ildən başlayaraq, qadağan olunmuş çimərliklərdə vətəndaşların istirahətinə nəzarət daha da gücləndiriləcək.

 

 

 





10.06.2014    çap et  çap et