525.Az

X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir


 

X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir<b style="color:red"></b>

2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

 





18.08.2022    çap et  çap et