525.Az

Əli Həsənov məcburi köçkünlərə tikilən evlərlə tanış olub


 

Əli Həsənov məcburi köçkünlərə tikilən evlərlə tanış olub <b style="color:red"></b>

Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevirdə olub.

Qaçqın Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məcburi köçkünlər üçün salınan yeni məhəllədə aparılan tikinti işlərinin gedişi ilə tanış olan Ə. Həsənov inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, inşaatçılarla görüşüb, onların təkliflərini dinləyib tövsiyələrini verib.

Müşavirədə çıxış edən Ə. Həsənov deyib ki, Mingəçevir şəhərində salınan bu yaşayış massivində 11 doqquzmərtəbəli binanın tikintisi nəzərdə tutulur. 594 ailəlik yaşayış kompleksində eyni zamanda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası klub-icma mərkəzinin tikintisi planlaşdırılıb.

Baş nazirin müavini qeyd edib ki, hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı Hacıqabul rayonlarının ərazisində məcburi köçkün ailələri üçün qəsəbə məhəllələr  inşa edilir.

Ə.Həsənov həmçinin Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə baş çəkib. Məlumat verilib ki, ərazidə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbədə 440 şagird yerlik yeni məktəb binası, 50 çarpayılıq uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi poçt binası tikilib. Qəsəbə qaz, su, elektrik  ilə tam təchiz olunacaq. Ə. Həsənov burada da tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşüb, tapşırıq tövsiyələr verib.

 

 

 





10.06.2014    çap et  çap et