525.Az

Fələstin səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub


 

Fələstin səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub<b style="color:red"></b>

Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

525.az xəbər verir ki, bu barədə mərkəzin rəsmi tviter səhifəsində məlumat verilib.

Əsas müzakirə mövzuları bu il iyunun 16-18-də keçirilən IX Qlobal Bakı Forumu, həmçinin mərkəzin sentyabrda Nyu-Yorkda keçiriləcək XXIV Yüksək Səviyyəli İclası və gələn il təşkil ediləcək X Qlobal Bakı Forumu olub.

Xatırladaq ki, sentyabrın 21-22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Sülh böhranı, təhlükəsizlik, dayanıqlı inkişafla bağlı çağırışlar və maraqlı tərəflərin buna cavabları” mövzusunda yüksək səviyyəli görüş keçiriləcək.

 





18.08.2022    çap et  çap et