525.Az

Səyyar "ASAN Xidmət" Saatlı rayonuna gedir


 

Səyyar "ASAN Xidmət" Saatlı rayonuna gedir<b style="color:red"></b>

İyunun 9-19-da Saatlı, Sabirabad İmişli rayonlarının 380 mindən artıq sakini Səyyar "ASAN Xidmət"dən Saatlı rayonunda yararlana biləcək.

APA-nın məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, bu ilin dekabr ayına qədər Səyyar "ASAN Xidmət" vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

 





10.06.2014    çap et  çap et