525.Az

545 nəfər COVİD-19-a yoluxub


 

545 nəfər COVİD-19-a yoluxub<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 807017 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 793747 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3486 nəfərdir.

Ölkədə son sutka ərzində 3802, hazırkı dövrədək isə 7110178 test aparılıb.

 





18.08.2022    çap et  çap et