525.Az

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub


 

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub<b style="color:red"></b>

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoyev Elmar Elçin oğlu odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib.

Bu barədə 525.az -a Müdafiə Nazirliyindən bildirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

 





18.08.2022    çap et  çap et