525.Az

Jalə Əliyeva: "Xalq özünün milli ənənələrini, mənəviyyatını qorumağa borcludur"


 

Millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyevanın "525"ə müsahibəsi

Jalə Əliyeva: "Xalq özünün milli ənənələrini, mənəviyyatını qorumağa borcludur"<b style="color:red"></b>

Jalə Əliyeva: "Xalq özünün milli ənənələrini, mənəviyyatını qorumağa borcludur"

"AZƏRBAYCAN ZİYALILARININ GƏLDİYİ QƏNAƏT BUNDAN İBARƏTDİR ,

- Jalə xanım, artıq neçə illərdir ki, həm cəmiyyətdə, həm parlamentdə "Mərasimlər haqqında" qanun qəbul edilməsinin vacibliyi vurğulansa da, ancaq bu ya digər səbəblərdən həmin sənədin hazırlanıb müzakirələrə çıxarılması mümkün olmur. Sizcə, indiki reallıqda həmin qanunun qəbulu bu qədərmi vacibdirmi onun qəbulu ilə istər toy, istər yas mərasimlərini tənzimləmək mümkün olacaqmı? Qeyd edək ki, bu qanunun qəbulunun əleyhinə çıxanlar bildirirlər ki, qoy əvvəlcə onun tərəfdarları yas toy mərasimləri məsələsində şəxsi nümunə ortaya qoysunlar bu nümunə əgər cəmiyyət tərəfindən qəbul olunarsa, onlar da həmin sənədin reallaşmasına etiraz etməzlər...

- Mən sözlərimə Siseronun məşhur bir fikri ilə başlamaq istəyirəm. O deyirdi ki, mənəviyyat olmayan yerdə qanunlar zəifdir. Toxunduğunuz mövzu çox maraqlı, ağrılı bir mövzudur demək olar ki, gündəlikdən düşməyən, Azərbaycanın ziyalı təbəqəsini, düşünən insanlarını həqiqətən dərindən düşündürən bir məsələdir. Bu məsələyə mətbuat səhifələrində dəfələrlə toxunulub, dəfələrlə şəxsən mənim özümün açıqlamalarım olub.Parlamentin divarları içərisində , Milli Məclisin mikrofonu arxasından da bu fikirləri dəfələrlə səsləndirmişik.Həmkarlarımızın bir çoxunun, eyni zamanda, Azərbaycanın ziyalı təbəqələrinin gəldiyi qənaət bundan ibarətdir ki, bugünkü mərasimlərimiz həqiqətən milli adət-ənənələrimizin özəlliyini, ilkinliyini, bakirəliyini qoruyub-saxlaya bilməyib. Bugünkü mərasimlərimiz, belə demək mümkünsə, yığma bir komandaya bənzəyir.Rusların bir ifadəsi var - "slişal zvon, ne znayet otkuda on".Yəni, səs gəlir, amma bilmirik hardan gəlir bu səs.Toylarımıza demək olar ki, digər xalqların adət-ənənələrindən alınma elementləri gətirib çıxarmışıq.

Təki qeyri-adi olsun, təki  desinlər ki, filankəsin toyu belə oldu. Toy əslində  bildiyimiz toy kimi olmalıdır. Əgər biz dünya mədəniyyətini o toya gətirməyi bacarırıqsa, niyə elə öz ənənəmizi yaşatmırıq? Bu gün az sayda adam barmağını qatlayıb deyə bilər ki, bizim ilkin toy adət-ənənələrimiz nədən ibarət olub, gəlini evdən necə çıxardırlar, toya necə gedilib sair. Məsələn, bir zamanlar Azərbaycan toylarında gəlinin başına atılan o duvağın özünün bir mənası var. Gəlinin belindəki kəmərin, o qırmızı lentin bir mənası var. Hər şeyin özlüyündə bir mənası var. Müasirləşmiş dünyada buna təbii ki, bir az qəribə baxıla bilər. Düşünülə bilər ki, bu adətlər bəlkə feodalizm dövründə, dünyanın hələ kiçik olan dövründə kimlərəsə maraqlı idi.Çünki insanların əyləncəsi yox idi.Ona görə onlara bu, maraqlıydı.Yox, belə düşünmək olmaz. Çünki toy həqiqətən müqəddəs bir işdir, ənənədir, adətdir əgər hər bir gənc bunu arzulayırsa,  həyatının ən əhəmiyyətli bir günü kimi ömrü boyu gəncin, onun valideynlərinin, qohumlarının, yaxınlarının yadında qalırsa, deməli, biz onu bayağılaşdırmamalıyıq.Yəni, toya müxtəlif çalarlar, koloritlər qatmağa, qazandırmağa çalışdıqca, biz o toyu həddindən artıq bayağılaşdırırıq.

- Yas mərasimlərimizin vəziyyəti bundan da biabırçı bir gündədir. Sanki yas deyil, toydur...

- Fikirlərinizlə tam razıyam. Həqiqətən, Allah heç kimə qismət etməsin, yas mərasimlərimizin özündə adətlərimizdən sapmalar  alıb gedir. Vallah, açığı mən artıq müəyyən bir yaşa gəlmiş insanam, amma yas mərasimlərinə getməyə başlayanda mənim haradasa 30-dan çox yaşım vardı.O dövrə qədər yas mərasimlərinə mənim böyüklərim gedirdi. Hüzr yerlərinin bir ağırlığı var idi, bir bilim ədəb-ərkanı var idi. İndi hüzr yerinə gedəndə baxıb görəndə  ki, az qala 15 yaşında uşaq da bəzənib-düzənib gəlib orada oturub, süfrədəki milyon cür nemətdən yeyib-içir, yaşıdları ilə söhbət edir, mənə çox qəribə üzücü gəlir.İnanın ki, neçə dəfə qulağım eşidib, az qalırlar orada qız alsınlar, qız versinlər. Axı olmaz, ölənə günahdır, ev yiyəsinə hörmətsizlikdir.

Molla səsini qaldırdıqca, mərasimdə iştirak edən qadınlar da səslərini qaldırır. Molla deyir, bacılar, xahiş edirəm, bir az sakit olaq,mərhumun ruhuna hörmət edək, bunlar bir az da səslərini qaldırırlar. Niyə? Ona görə ki, süfrənin üstü, belə müqayisə heç aparmaq istəməzdim, şadlıq məclisindən, xeyir məclisindən heç nəyi ilə fərqlənmədiyinə görə yas yerinə  gələn insan da bir anlıq özünü, istiqamətini itirir.

Elə fikirləşir ki, əgər ev sahibi bütün bunları bura düzürsə, deməli, ona bir dodaqqaçdı başsağlığı verib sonra öz söhbətimi edə bilərəm, heç dərdinə yanmamaq da olar. Yas yerində dünyasını dəyişən insanın xatirəsindən danışarlar, bilim, gördüyü yaxşı əməllərdən söhbət açarlar.Heç soruşmurlar, bu niyə ölüb, niyə rəhmətə gedib? Bunlar həqiqətən adamı çiyrindirib...

Milli Məclisdə, üzvü olduğum Mədəniyyət komitəsində dəfələrlə bu məsələ gündəmə gətirilib. Amma çox təəssüf  ki, həyəcan təbili çalınmasına baxmayaraq, çox vaxt opponentlər tərəfindən bəzən belə alternativ fikirlər irəli sürülür ki, Azərbaycanda insan hüquqlarına hörmət prinsipi çox əhəmiyyətli bir yerdə durur, hər bir insanın özünün istədiyi kimi mərasim keçirmək haqqı var bu haqqı-hüququ onların əlindən ala bilmərik.Təbii ki, biz insan hüquqlarına hörmətlə yanaşan sivil, demokratik bir ölkədə yaşayırıq, amma bu o demək deyil ki, bundan istifadə edərək hər kəs elə istədiyini etsin.Axı, müəyyən qəbul olunmuş etik qaydalar, ədəb-ərkan qaydaları var?!"İnsan hüquqlarıdır" deyib, sabahları mənəviyyata, ondan sonra əxlaqa sığmayan hər hansı bir şeyi küçənin ortasında edək deyək ki, bu, mənim hüququmdur, bu düzgün olmaz, axı?! Axı, biz cəngəllikdə deyil, cəmiyyət içərisində yaşayırıq! Ona görə  düşünürəm ki, bütün bunların da tənzimlənməsinə ehtiyac var.Yenə deyirəm, kimin ürəyi istəyirsə övladına lap 3 gün - 3 gecə toy edə bilər, amma abartmadan,  bir başqasının hüququnu tapdalamadan. Mən bunu edə bilirəm, amma başqası edə bilmir, bunu da düşünmək lazımdır. Yeri gəlmişkən, 7-8 il bundan əvvəl biz bir neçə xanım millət vəkili ilə Tacikistanda səfərdə idik mən orda çox yaxşı mənada təəccübləndim. Çünki hələ neçə il bundan əvvəl orada həm toy, həm yas mərasimləri haqqında qanun qəbul edilib. Biz bunu alqışladıq bizdə bu qanunun qəbuluna çalışdığımızı deyəndə bilirsiniz dedilər? Dedilər ki, sizdə bu mümkün olmayacaq.Biz dedik nəyə görə?Dedilər, ona görə ki, bizdən fərqli olaraq varlı, zəngin bir dövlətsiniz xalqınız da, insanlarınız da yaxşı yaşayırlar.Bizdə isə görünür, orta təbəqənin, aşağı təbəqənin marağına uyğun gəldiyi üçün bu məsələ alındı, çox qısa bir zamanda aktuallıq qazandı. Amma siz bunu hər halda çətinliklə edəcəksiniz.Çünki insanlarınıza qəribə gələcək ki, mənə niyə məhdudiyyət qoyulur, mən bunu etmək istəyirəm, buna imkanım varsa, niyə görə edilməsin?Yəni, bizə cavabları belə oldu. Bununla belə, düşünmürəm ki, səbəb sadəcə, bundan ibarətdir eyni zamanda, bu hal bizim belə deyək qonşudan dala qalma mentaliteti ilə yaşamağımızdan da doğur. Şəxsən mənim yaxın ətrafımda elə insanlar var onlar düşünürlər ki,  lap elə mən özüm daxil olmaqla,  bəlkə bir örnək qoyaq ortalığa. Bəlkə bir mərasim örnəyi qoyaraq ortalığa   göstərək ki, belə etmək  daha yaxşı olar. eyni anda da özümüz elə bil özümüzün ziddimizə gedirik deyirik ki, yox, birdən deyərlər, düşünərlər ki, yəqin əli sıxdı, simicdi, gücü çatmır yaxud bilim istəmədi etsin.Yəni, həmin anda qınağa tuş gəlmək qorxusu ilə özümüz öz fikrimizdən vaz keçirik.Amma belə düşünürəm ki, artıq buna getmək, şəxsi nümunə ortaya qoymaq lazımdır.Həmçinin, bu yöndə qanun qəbul etməklə bərabər, maarifləndirmə işləri aparılmalıdır.  Mətbuat, televiziya vasitəsilə maarifləndirmə işləri özü yalandan maarifləndirmə yox, sözün həqiqi mənasında maarifləndirmə işləri aparılmalıdır. Ən gözəl ənənələrimizdən nümunəvi  filmlər, çarxlar çəkilməlidir. Məsələn, gənclərlə söhbət edirəm, deyirəm ki, qızın başına duvaq atırdılar, biri mənə dönüb deyir ki, duvaq nədir?Bu insana çox pis təsir edir.Yəni, biz bu qədər manqurtlaşmışıq, bu qədər dəyişmişik ki, artıq gəncimiz duvaq sözünün mənasını bilmir?...Bütün bunlarla məşğul olmaq üçün təbii ki, sistemli şəkildə maarifləndirmə işi, treninqlər aparılmalıdır ancaq ondan sonra qanun qəbul olunursa, o qanun həqiqətən keçərli olar.

- Jalə xanım, siz millət vəkili, siyasətçi olmaqla yanaşı həm anasınız, Azərbaycan xanımısınız, ailə başçısısınız bildiyim qədər, yaxın zamanlarda da qayınana olacaqsınız.Bu baxımdan bilmək istərdik ki, qızınızın toyunu indiki adət etdiyimiz toylar kimi edəcəksiniz, yoxsa, bu məsələdə başqa bir forma seçəcəksiniz - şəxsi nümunə nümayiş etdirəcəksiniz?

-  Şəxsən mən özüm bir ziyalı  bir insan olaraq dəfələrlə bu mövzuya qayıtmışamsa, demişəmsə, indi mənim üçün ayıb olar ki, dediyim fikirlərdən fərqli bir addım atım. Şəxsən mən heç cür başa düşmürəm düşmək istəmirəm ki, toyun əvvəlində bəylə gəlin nəyə görə valsla başlamalıdır?Yaxşı, Avropaya inteqrasiya edirik, qloballaşan dünyada yaşayırıq, yəni, biz öz qabığımızda qala bilmərik, bütün bunları mən çox gözəl başa düşürəm.

Mən eyni zamanda mühafizəkar bir insan da deyiləm.Amma elə məsələlər, elə dəyərlər var ki, bu dəyərlərdə mühafizəkar olmağa borcluyuq.Bu dəyərləri qorumaqda senzuranı tətbiq etməyə hər birimiz borcluyuq bunu da doğru-düzgün qəbul etməliyik. Məsələn, Avropadakı bir gənc öz toyunda mənim "Vağzalı" çaldırırmı, "Tərəkəmə"mi çaldırırmı?Xeyr! Onda zəhmət olmasa o da mənə inteqrasiya etsin, mənim mədəniyyətimdən, adət-ənənələrimdən yararlansın. Bəlkə mən bir az absurd, radikal danışıram, amma bunlar mənim beynimdən keçən fikirlərdir, bunlar mənim şəxsi fikirlərimdir. Məni heç kəs fikrimə görə hər halda qınaya bilməz.Nəyə görə mənim qızım, oğlum, bir başqa azərbaycanlı olan insan öz milli havası ilə, öz ən gözəl, ən müqəddəs bildiyi milli havası ilə toy zalına daxil olmasın?Eyni zamanda, gəlinlərimiz bir bakirəlik, bir təmizlik, bir məhrəmlik rəmzidir. O zaman olmazmı ki, onların gəlinlik geyimi, üstü-başı bir az bağlı olsun? Vallah, indi belə danışacağam,  qınayanlar olacaq ki, həddindən artıq konservativ, köhnəpərəst fikirlər irəli sürür, amma inanın ki, bunların hamısında bir gözəllik var, əlçatmazlıq həmişə gözəl olub, həmişə təmiz görünüb. Ondan sonra yeməklərin təqdimatına ciddi fikir vermək lazımdır.İsrafçılıq etməyin adı yeri yoxdur.Çox üzr istəyirəm, axı, kimin evində yemək yoxdur? Allaha çox şükür ki, bir tikə çörəyi hamımız tapırıq, hamımız yeyirik. Mənə elə gəlir ki, toyu tamadanın çıxışı ilə, musiqinin o qulaq yormayan notu ilə daha maraqlı, daha əyləncəli etmək olar.Təbii, arzumuzdur ki, bolluq olsun, çeşid çox olsun. O da bəlkə bir işartıdır, bəlkə belə bir məna daşıyır ki, övladımın toyunda  bolluq olsun ki,  həyatı da bolluq içərisində keçsin. Amma onu da israfçılığa varacaq dərəcədə etmək lazım deyil. Əgər qonaqlar hamısı əlinin arxası ilə yeməkləri rədd edirlərsə, ofisiant gəlir ona sərt şəkildə "istəmirəm-istəmirəm" deyirlərsə, onda onun nəyin xətrinə gətirib qoyuruq süfrəyə? Yəni, yeməklərin təqdim olunmasında da bir etika, bir estetika olmalıdır. Musiqinin səsi toya gələnlərin beyninə toxunursa, onlara zövq, ruhi qida vermirsə, onu o cür gur səslə səsləndirməyin mənası var?Biz axı, konsertə, orkestrə qulaq asmağa getmirik ki?! Ona görə  musiqi dinlənilsin, o musiqidən sonra bir kəlmə bir xoş söz dinlənilsin. Bunu deyəndə gənclər deyirlər ki, axı çıxışa lüzum var?Necə yəni çıxışa lüzum var?Çıxışın hər birində bir xeyir-dua var, hər ağızda gözəl bir niyyət var. Nəyə görə bu olmasın?Böyüklərin, yaşlıların bir xeyir-duası nəyə görə eşitməyəsən? Yaxud, milli yeməyimiz olan aşı süfrələrimizin tacı, bəzəyi adlandırırıqsa, o zaman niyə onu qonaqlar dağılana yaxın gətirirlər gəldiyi kimi o süfrədə eləcə durur qalır? Onun da bir yolunu tapmaq lazımdır. Hər bir zaman fikrinə, əməllərinə hörmət edilən, cəmiyyət qarşısında hörmətlə qarşılanan insanlarımız birinci növbədə bu addımı atmalıdırlar. Öz övladlarının gözəl işlərində bu addımı atmalıdırlar ki, ondan sonra gələnlər bunu ürəklə etsinlər.Desinlər ki, bax filankəs belə etmişdi. Yəni, o insan heç vaxt bu cəmiyyətin qınaq nöqtəsi ola bilməz. Tam tərsinə, ondan nümunə götürə bilərlər o nümunənin sayı da getdikcə artar.Düşünürəm ki, biz bununla həm milli adət-ənənələrimizə yenidən qayıda bilərik.

- Yeri gəlmişkən, toylarımızda, xüsusilə, restoran şadlıq evlərində keçirilən toylarımızda son illər qəribə bir hal da yaşanmaqdadır. Gəlin köçən qız evdən çıxarkən "Quran"ın altından keçirilir, dövlət nikahından əvvəl ona molla kəbini kəsilir, ancaq toy zalına girən kimi, yəni,  dövlət nikahının bağlanmasından sonra o öz gələcək həyat yoldaşı ilə şərab, spirtli içki sayılan şampan içir içməyə məcbur edilir.  Buna necə yanaşırsınız?

- Bu da narahatedici məsələdir. Özü artıq 20 ilə yaxındır ki, buna rast gəlirik, ancaq bu, haradan qaynaqlanır, bu məsələ kimin başının altından çıxıb bilinmir. Elə spirtli içkidənsə, şərabdansa, elə gözəl bir şərbətimiz verilsin içməyə o gənclərə... Yaxud da, son vaxtlar baxıram ki, artıq dini idarədən əməkdaşı dəvət edirlər toy mərasiminə, harda ki, o süfrədə içki var. Bu içki olan süfrəyə mollanı dəvət edirlər   gəlin , bayaq dediyim kimi, açıq-saçıq geyimi ilə onun qarşısında dayanır. Axı, onun geyimi din adamının qarşısına çıxacaq tərzdə deyil? Yəni, biz lazım oldu-olmadı  hər yerdən bir parça götürürük nəyə görə götürdüyümüzü özümüz bilmirik. Əlbəttə ki, bunlar mənim nəzərimdə qəbuledilməzdir. Hər  bir xalqın, bir millətin öz adət-ənənəsi olur. Bizim öz milli, qədim adət-ənənələrimiz var. İndi niyə onlardan istifadə etməyək?  Dünyanın bəlkə ən gözəl folklor nümunələri, ən bənzərsiz nağıl nümunələri Azərbaycan xalqına məxsusdur bu baxımdan, bu nümunələri olan bir xalq, dünyaya yüzlərlə dahi verən, şairlər verən bir xalq, sənətkarlar verən bir xalq, əlbəttə ki, özünün milli ənənələrini, onun sənətini, ən başlıcası mənəviyyatını da qorumağa borcludur.

Kamil HƏMZƏOĞLU

 





10.06.2014    çap et  çap et