525.Az

AYB-nın qurultayının tarixi bəlli oldu


 

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN XIII QURULTAYI SENTYABRIN 30-DA BAKIDA KEÇİRİLƏCƏK

AYB-nın qurultayının tarixi bəlli oldu<b style="color:red"></b>

Bu gün Azərbaycan Yazıçılar Birliyi (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.

525.az xəbər verir ki, toplantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı qərara alınıb ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı 30 sentyabr 2022-ci il tarixində təşkil edilsin. Qurultay nümayəndələrinin seçilməsi məsələsində, nizamnaməyə uyğun olaraq, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyəti, Ağsaqalar Şurası, Gənclər Şurası, Təftiş Komssiyası üzvlərinin, AYB mətbu orqanlarının rəhbərliyinin  tam tərkibdə, seksiya və bölmələrin isə hər on nəfərdən birinin qurultay nümayəndəsi seçilməsinə qərar verilib.

Toplantıda qurultayın Bakı şəhərində keçirilməsi məqbul sayılıb və qurultayın keçirilə biləcəyi məkanlar müzakirə edilib. 

 





19.08.2022    çap et  çap et