525.Az

QHT və media təmsilçiləri cəbhə bölgəsində səfərdə olublar


 

QHT və media təmsilçiləri cəbhə bölgəsində səfərdə olublar<b style="color:red"></b>

Respublika Veteranlar Şurası Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi son dövrlər Ermənistan ordusunun atəşkəsi ən çox pozduğu cəbhə bölgəsinə səfər təşkil edib.

Səfər çərçivəsində Gəncliyə Yardım Fondu, Qarabağ QHT Koalisiyası, Gənclər Təşkilatları Milli Şurası, Sağlam İnkişaf Maarifləndirmə İctimai Birliyi, Şəhid Ailələrinə Sosial Yardım İctimai Birliyi, eləcə media nümayəndələri Müdafiə Nazirliyinin Fizulidə yerləşənNsaylı hərbi hissəsində olublar. Yüksək əhval-ruhiyyədə olan hərbçilər düşmənin təxribatlarının hər zaman alındığını, cavab atəşi ilə susdurulduğunu bildiriblər. Əsgərlər Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı azad etməyə hər an hazır olduqlarını vurğulayıblar.

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan dövlətinin gücləndiyini, iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ordumuzun gücləndiyini vurğulayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasətdən söz açan  E.Həsənli qeyd edib ki, artıq Ermənistan beynəlxalq aləmdə təcrid olunmağa, erməni yalanları üzə çıxmağa başlayıb. O, uğurlu xarici siyasət ordu quruculuğu sahəsində atılan addımların torpaqlarımızın işğaldan azad ediləcəyi vaxtın çox da uzaqda olmadığından xəbər verdiyini vurğulayıb.

Hərbi vətənpərvərlik ruhunun döyüşün taleyində həlledici rol oynadığını bildirən Respublika Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov Milli Qəhrəman Mübariz İbrahimov digər cəsur Vətən övladlarının gənclərimiz üçün örnək olduğunu söyləyib. O qeyd edib ki, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanların şücaəti Azərbaycan xalqının işğala dözməyəcəyini bir daha ortaya qoyub bu, düşməni sarsıdıb. Cəlil Xəlilov əsgərləri düşmənin fitnə-fəsadlarına qarşı daha ayıq olmağa çağırıb.  

Daha sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman hədiyyələr təqdim edilib.  QHT media təmsilçiləri hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitlə tanış olub, onlarla birgə nahar ediblər. "Qarabağ-Şur" ansamblı əsgərlər qarşısında  konsert proqramı ilə çıxış edib.

 

 





10.06.2014    çap et  çap et