Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun) anadan olmasının 110 illiyi tamam olur.
Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az bir vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdir.
Niyazinin 110 illik yubileyi münasibətilə M.F.Axundov adına Azərbaycan Mili Kitabxanasının əməkdaşları tərəfindən "Maestro Niyazi" adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Niyazi haqqında rəsmi sənədlər, mükafatları, fotolar, kitablar və məqalələr nümayiş olunur.
çap et