525.Az

ƏƏSMN-də UNİCEF-lə birgə Fəaliyyət Planı imzalanıb


 

ƏƏSMN-də UNİCEF-lə birgə Fəaliyyət Planı imzalanıb<b style="color:red"></b>

Dünən Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı imzalanıb.

Bu barədə "525-ci qəzet"ə ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Tədbirdə əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahəyə diqqət qayğısının uşaqlarla bağlı dövlət siyasətinin, o cümlədən ölkədə uşaqların sosial müdafiə hüquqlarının təminatı sisteminin güclənməsinə səbəb olduğunu vurğulayıb: "Bu istiqamətdə aparılan işlərdə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə bizim əməkdaşlığımız getdikcə genişlənir. "Sosial xidmət haqqında" qanunun hazırlanmasında, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının ratifikasiyasında, eləcə sağlamlıq imkanları məhdud uşaqlar sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional texniki baxımdan dəstəklənməsində  bu əməkdaşlığın mühüm rolu var".  

S.Müslümov bildirib ki, imzalanan Fəaliyyət Planında "Uşaq qayğı sistemində islahatlar" üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının artırılması əksini tapıb: "Plan üzrə fəaliyyət istiqamətlərindən biri nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması olacaq. Bu, reabilitasiya sferasında tibbi modellə yanaşı, sosial modelin tətbiqinin genişlənməsinə yardım edəcək". Nazir sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi, sosial sifarişlər əsasında icra olunan layihələrin icra mexanizminin təkmillləşdirilməsi digər vacib sahələrdə Fəaliyyət Planı üzrə birgə işlərin aparılacağını qeyd edib.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard ötən müddətdə Azərbaycanla əməkdaşlığını uşaq hüquqlarının müdafiəsində birgə səmərəli səylər göstərilməsinin yaxşı bir nümunəsi kimi dəyərləndirib. M.Herevard imzalanan Planın zəruri sahələrini kifayət qədər dəqiq dolğun şəkildə əhatə etdiyini deyib, aparılacaq işlərin Azərbaycanda uşaqlara qayğı sisteminin daha da təkmilləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, Fəaliyyət Planında 2014-2015-ci illərdə görüləcək işlər sırasında respublikanın regionları üzrə sosial xidmətlərə ehtiyacları əks etdirən "Sosial xəritələşmə" layihəsi əsasında 2015-ci sonrakı illər üçün prioritet istiqamətlərin müəyyən olunması da yer alıb.

 





10.06.2014    çap et  çap et