525.Az

Milli Məclisin sədri Türkiyə xalqına başsağlığı verib


 

Milli Məclisin sədri Türkiyə xalqına başsağlığı verib<b style="color:red"></b>

Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

525.az xəbər verir ki, Sahibə Qafarova bu barədə tviter hesabında yazıb.

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - Milli Məclisin sədri qeyd edib.

 





21.08.2022    çap et  çap et