525.Az

Türk dünyası üçün böyük tapıntı - Yeni abidə aşkar olunub (Foto)


 

Türk dünyası üçün böyük tapıntı -<b style="color:red"> Yeni abidə aşkar olunub (Foto)</b>

Beynəlxalq Türk Akdemiyası və Monqolustan Elmlər Akdemiyasının Arxeologiya İnstitutunun Ötükən bölgəsində Xanqay silsiləsində apardığı elmi axtarışlar nəticəsində Kültigin və Bilgə xaqanın atası İltəriş Qutluq xaqanın məzar kompleksi və yazılı abidəsi tapılıb.

525.az xəbər verir ki, bu barədə qazaxıstanlı tarixçi, yazıçı və Beynəlxalq Türk Akdemiyasının prezidenti Darhan Kıdırali öz Feysbuk hesabında paylaşım edib. Akademiyanın prezidenti qeyd edib ki, 24 avqust Ulan-Batorda keçiriləcək mətbuat konfransında yeni tapılan abidə barədə ətraflı məlumat veriləcək.

Qeyd edə ki, kompleksdə tapılan yeni daş kitabənin üzərində türkcə və soqdca mətnlər var.

 





23.08.2022    çap et  çap et