Azərbaycanda daha bir suda boğulma faktı baş verib.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1994-cü il təvəllüdlü Elvin Rəhman oğlu Əbdülrəhmanov Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 25 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb. E. Əbdülrəhmanovun cəsədi batdığı yerdən, təxminən, 10 km məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
çap et