525.Az
BQXK zabitlərimiz üçün təlim keçir
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Silahlı Qüvvələrin zabitləri üçün təlim kursu keçir.
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün BQXK-nin Azərbaycan nümayəndəliyi tərəfindən beynəlxalq humanitar hüquq mövzusunda təlim kursu keçirilir.
Tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin sülhməramlı qüvvələrlə əlaqələri, beynəlxalq humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, qərargah planlaşdırılmasında beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinləniləcək, brifinqlər təqdim olunacaq.
Kurs iyunun 11-də sona çatacaq.
10.06.2014
çap et