525.Az

Misir Mərdanov prezident seçilib


 

Misir Mərdanov prezident seçilib<b style="color:red"></b>

Bu günlərdə Qırğızıstanda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib.

525.az Modern.az-a istinadən xəbər verir ki, dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak etdiyi  konqresdə Azərbaycandan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun  Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak ediblər.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilib. Eks təhsil naziri, professor  Misir Mərdanov cəmiyyətin Fəxri Prezidenti, akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçilib.

 





10.06.2014    çap et  çap et