525.Az

“Türk” adının ilk dəfə çəkildiyi ən qədim yazılı abidə tapıldı - Fotolar


 

“Türk” adının ilk dəfə çəkildiyi  ən qədim yazılı abidə tapıldı - <b style="color:red"> Fotolar</b>

Beynəlxalq Türk Akdemiyası və Monqolustan Elmlər Akdemiyasının Arxeologiya İnstitutunun Ötükən bölgəsində Xanqay silsiləsində apardığı elmi axtarışlar nəticəsində Kültigin və Bilgə xaqanın atası İltəriş Qutluq xaqanın məzar kompleksi və yazılı abidəsi tapılıb. Bu barədə ötən gün qazaxıstanlı tarixçi, yazıçı və Beynəlxalq Türk Akdemiyasının prezidenti Darhan Kıdırali öz feysbuk hesabında paylaşım etmişdi.

525.az xəbər verir ki, bu gün Ulan-Batorda keçirilən mətbuat konfransında yeni tapılan abidə barədə ətraflı məlumat verilib. Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidlinin verdiyi məlumata görə, yeni tapılan kompleks “türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.

Belə ki, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji qazıntılar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İlteriş xaqana həsr olunmuş kompleks aşkar edilib. 

Kompleksin ümumi sahəsi 49x41,5 metrdir. Qərbdən şərqə doğru oval formada yerləşən kompleks ətrafında xəndək qazılmış, oradan torpaq qalaqlanaraq qala tikilmişdir.

Kompleksin qərb tərəfində ərazinin ortasında dəlikli daşdan küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin darvazasından şərqə doğru 51 balbal daşı yan-yana düzülüb. Onların arasında beş balbal daşından Aşina ailəsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib. 

Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və gil səki aşkar edilib. İbadət yerinin qarşısında kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi aşkar edilmişdir. Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir köhnə türk yazısı, üçüncü tərəfində isə əski soqd yazısı vardır. Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluk”, “Tümen” kimi bir sıra sözləri müəyyən ediblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk xanlığını dirçəltmiş Kültegin və Bilgə xaqanın atası İlteriş Qutluq xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir. Bundan əlavə, bu kompleks “türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.

Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilge xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində belə xaqanlıq rəmzləri olan əjdaha formalı, qurd başlı şəkillər çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu məlum olur.

Akademiya Nomqon qazıntılarının nəticələrinə dair elmi kitab hazırlayacaq və Türkiyə dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək. Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə də davam etdiriləcək. 

Qeyd edək ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. Bununla belə, “Covid-19” pandemiyası səbəbilə iki ildir fasilə verilən “Nomqon” birgə qazıntıları 2022-ci ilin iyul ayında bərpa edilib.

“Nomqon-2022” ortaq qazıntılarında Beynəlxalq Türk Akademiyasının işçi qrupuna Akademiyanın prezidenti Darxan Kıdırəli, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev daxil edilib, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (1949-2022) isə məsləhətçisi arxeoloq olaraq iştirak edib. Bununla yanaşı, Monqolustan Elmlər Akademiyasından Porf. Dr. Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold və Narantuyagyin Tsengel, Munkhsaikhany Uuqanbayar tədqiqat heyətində yer alıb. 

Bundan əvvəl də Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilmişdir. Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar edilib.

Nadir YALÇIN

 





24.08.2022    çap et  çap et