525.Az

Rusiya ali məktəblərinin əcnəbi məzunları üçün RF vətəndaşlığının alınması sadələşdirilir


 

Rusiya ali məktəblərinin əcnəbi məzunları üçün RF vətəndaşlığının alınması sadələşdirilir<b style="color:red"></b> Dövlət Duması Rusiya ali məktəblərinin əcnəbi məzunları üçün Rusiya Federasiyası (RF) vətəndaşlığının alınması prosesini sadələşdirən vətəndaşlıq haqqında qanuna dəyişiklikləri ikinci əsas oxunuşda qəbul edib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qanun layihəsi əcnəbi vətəndaşların ayrı-ayrı kateqoriyalarının və RF-də yaşayan vətəndaşlığı olmayan şəxslərin, 01.07.2002 tarixindən sonra Rusiyanın təhsil yönümlü təşkilatlarından diplom almış əcnəbi məzunların RF vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur.

Bundan başqa, Rusiyada ən azı 3 il fəaliyyət göstərmiş (illik gəliri ən azı 10 milyon rubl olanlar) sahibkarlar da bu yolla vətəndaşlıq ala bilərlər.

Digər tərəfdən, Rusiyada ən azı 3 il işləmiş ixtisaslı mütəxəssislər də bu yolla RF pasportu ala bilərlər.

Bunun üçün onlar xarici ölkə vətəndaşlığından imtina etməklə yanaşı, RF-nin Konstitisiyası və qanunvericiliyinə əməl edilməsi üzrə öhdəliklər götürməlidirlər.
 





10.06.2014    çap et  çap et