525.Az

Azərbaycan və Şimali Kipr arasında aviareys açılacaq


 

Azərbaycan və Şimali Kipr arasında aviareys açılacaq<b style="color:red"></b>

Şimali Kipr Türk Cümhuriyyəti Bakıya birbaşa aviareyslər həyata keçirmək niyyətindədir.

Bu barədə  Trend  "Kıbrıs Postası" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan və Şimali Kipr hökumətləri bu məsələ ilə bağlı danışıqlar aparıblar və aviareysin açılması üçün yaxın vaxtlarda saziş imzalayacaqlar.

Aviareysləri Türkiyənin özəl aviaşirkəti həyata keçirəcək.

Qəzetin məlumatına görə, Şimali Kipr artıq Tehranla birbaşa aviaəlaqə qurub.

 





24.10.2012    çap et  çap et