525.Az

Qazaxda dəhşətli qətl


 

Qazaxda dəhşətli qətl<b style="color:red"></b>

Qazaxda dəhşətli qətl hadisəsi baş verib.

Qazax rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 10-da günorta saatlarında rayonun İkinci Şıxlı kəndində baş verib. Kənd sakini 80 yaşlı Musa Musayev övladlarının evdə olmadığı vaxtda həyat yoldaşı Gülşad Musayevanı qətlə yetirərək sonra onu yandırıb. Yanğın zamanı evin mətbəxi tamamilə yararsız hala düşüb. G.Musayevanın yanmış meyiti ekspertizaya göndərilib. Həyat yoldaşını öldürməkdə şübhəli bilinən Musa Musayev isə Qazax rayon polis şöbəsinə aparılıb.
 
Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 





11.06.2014    çap et  çap et