525.Az

Əvəzsiz sənətkarı xatırlayarkən… - İlqar İmamverdiyev yazır


 

ƏLƏKBƏR ƏSGƏROVUN İFAÇILIQ SƏNƏTİNƏ FƏLSƏFİ BAXIŞ

Əvəzsiz sənətkarı xatırlayarkən… -<b style="color:red"> İlqar İmamverdiyev yazır</b>

Azərbaycanda ifaçılıq sənəti fərqli olub musiqi mədəniyyətimizin bir çox sahələrini əhatə edir. Bunlardan biri də nəfəsli alətlər üzrə olan ifaçılıqdır. Azərbaycan xalq musiqisi tarixində nəfəsli alətləri özünəməxsus tərzdə çalaraqifaçılıq sənətində yeni əlavələri ilə məktəb yaratmış, bununla da isimləri əfsanələşmiş musiqiçilər bir çox mənbələrdənbizlərə məlumdur. Əli Kərimov (1874-1962) yaslı balabanla, Ələfsər Rəhimov (1930-1984) qara zurna ilə, “Şərəf”, “Şöhrət” ordenli Azərbaycan Respublikasının xalq artisti Kamil Cəlilov (1938-2022) qaboyla, Azərbaycan Respublikasının əməkdar artisti Həsənağa Sadıqov (1950-2018) tütəklə (saz, gitara, balaban, zurna) bağrıbadaş olmuş  ustadlarımızdandır. Bununla belə qara zurnada, balabanda, tütəkdə, neydə və klarnetdə bu alətlərə yeni nəfəs gətirən, yeni metod ifaçılıq üslubu ilə ifaçılıq sənətimizə zənginlik qataraqorijinallığı, bənzərsizliyi ilə seçilən, məşhur sənətkarlarımızın ən baş sıralarında yer alan Ələkbər Ələsgəroğlu Əsgərov adlı bir sənətkarımız da 1933-cü ildə Azərbaycanımızda zühur edərək 1995-ci ilin 29 Avqust tarixində Haqq dünyasına qovuşdu. Bu nəfəsli alətlərin hamısının bir ürəkdə uyumunu saxlayıb, əlaqəsini tənzimləyərək onların mənəvi birliyinə nail oldu. Beləcə hər nəfəsli alətin özünəməxsus dilinə bələd, ruhuna aşina olan, xasiyyətini anlayan ustadlar-ustadımızƏləkbər Bəy ifaçılıq həyatının zirvə məqamında musiqi mədəniyyətimizin mötəbər məkanında məşhur musiqiçilərin, tanınmış sənətçilərin nəzərində tədricən abidələşdi. Sələflərinə töhfə etdiyi bir neçə rənglərinin (“Dügah rəngi”, “Bayatı-Şiraz rəngi”) və 12 rəqslərinin timsalında (“Ədaləti”, “Mehribanı”, “Natəvanı”, “Cavidi”, “Vüqarı”, “Rasimi”, “Qədim rəqs”, “Kürd rəqsi”, “Mətanəti”, “Bəxtiyari”, “Maralı”, “Zöhrabı”) bəstəkarlıq məharətini göstərməklə, yüksək improvizatorluq texnikası sayəsində Azərbaycan xalqının qəlbində özünəmünasib taxt-tac qurmuş oldu. Türk təbiri ilə “muazzam” ifasına görə də Ələkbər Ələsgəroğlu mənim nəzərimdə hakim olduğu sənətinin akademiki statusunda yer aldı. Qısaca tərif etsək Azərbaycan xalq musiqisinin özünəməxsus təfsirində təqdirəşayan çalğısının müəllifi kimi də millətimizin tanınmış “şahəsəridir”Ələkbər Bəy Əsgərov adlı soydaşımız. Azərbaycan xalq musiqisi dünyasında bir kimsəni təqlid etməyən, məxsusi ifası ilə eyni musiqi cümləsini, hətta bir epizodu ikinci kəstəkrarlamağı şəninə sığışdırmayan, yeni bir imicdə ifaçılıq məktəbinin təməlini atıb, qurucusu-banisi kimi xalqımızın hafizəsində  müqəddəsləşdi. Sənət camiasına daxil olduğu gündən etibarən Ələkbər Əsgərov milli musiqi irsimizə çoxsayda bəstəkarlıq töhvələri ərmağan etməklə Azərbaycan xalq musiqi-ifaçılığı sənətinə şərəf-şan qazandırmış, peşəkar musiqiçi olduğunu xalqımızdan aldığı ülvi məhəbbəti ilə təsdiqləmişdir. Özət halında dəyərləndirmiş olsam, Yaxın Şərq aləmində və Türk dünyasında bir ananın iki sənət övladının:nəfəsli alətlər ustadının iki möhtəşəm qanadının bir adı Türkiyədə Kandirali Mustafa Bəy, bir digər adı da Azərbaycanda Ələkbər Bəy Ələsgəroğludur.

Fikrimə görə xoşbəxt o insandır ki, sağlığında böyük sənətkarları bilavasitə yaxından görmüş, əl uzadıb görüşmüş,hal-əhval tutub söhbət etmiş, səsini, tembrini, danışıq tərzini duymuş, qısacası nağıla-dastana dönüşmüş nəhəng ustadların həyatda varlığını sürdürdüyü eyni dönəmdə yaşayıb, yaradıcılığını müşahidə edə bilmişdir. Bu baxımdan etiraf etməliyəm ki, Ələfsər  Rəhimovun 1980-ci ildə Şəki tamaşaçılarının qarşısında “Zabul - Segah” muğamını qara zurna ilə 20 dəqiqəlik ecazkar çalğısını heyrətlər içində dinləməyim ömrümün ən əlamətdar anıdır. Həsənağa Sadıqovun sənətini isə 1985-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin 12-cı Ümumdünya Festivalındakı bərabər çıxışımız zamanı üzəbarı görüb ifaçılıq sənətindəki özünəməxsus yeni əlavələrini dinləyə bildim. Kamil Cəlilovu da Azərbaycanın Əməkdar İncəsənət Xadimi Gülarə Xanım Əliyevanın təşkil etdiyi “Dan Uldusu” instrumental ansamblında tarzən kimi çalışdığım 1982 illərdə, həttaİtaliyanın Neapol, Roma şəhərində qastol – konsert səfərində(26-31 yanvar 1983-cü il)  Xədicə Abbasovanı, Azərbaycan Respublikasının xalq artisti Yalçın Rzazadəni müşayiət etdiyimiz zaman ifasını çox yaxından seyr etmək şərəfinə nail olmuşam. Yeri gəlmişkən konsertin ilk bölümündə səhnəni paylaşdığımız dünya şöhrətli sənətkarlarımızdan SSRİ xalq artisti Müslüm Maqomayevlə və Tamara Sinyavskayanın, İtalian tamaşaçıları qarşısında uğurlu çıxışlarını da “525-ci qəzet”in oxucularına çatdırmaq istərdim. 

Ələkbər Bəy Əsgəovun mübarək üzünü isə təxminən1978-79-cü illərdə tələbəlik illərində Üzeyir  Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının böyük səhnəsində bəstəkarımız Süleyman Ələsgərovun özünün də iştirak etdiyi bir konsert tədbirində “Vətənimdir” adlı əsərini yaslı-qəmli balabanda özünəməxsus aranjimanda, hüzünlə yoğrulmuş ruhunun diktəsinə uyaraq əsrarəngiz səpgidə səsləndirib tamaşaçılarını məftun etməsi, bugün də gözlərimin önündəcanlanmaqdadır. Görəsən ustad Ələkbər Əsgərov hansı qaynaqdan alırdı bu gücü, bu ilhamı, bu qüdrəti, bu şücaəti, bu cəsarəti, bu səlahiyəti deyə hey düşünürdüm?  Özüm-özümə verdiyim sualıma cavabı nə yazıq ki, hələ də tapa bilməmişəməziz oxucularım. Çünki Ələkbər müəllimin ifaçılıq sənti kəşf olunmamış bir aləm, tədqiq olunmamış möcüzəli, türk təbiri ilə “gizəmli” bir dünya idi, sənətin incəliyinə aşina olanlar üçün.

İfaçılıq sənəti kəhkəşanında korifey adını qazanmış, xalqın xoş günlərində çalıb-çağırmasıyla əfsanələşmiş nadidə nümayəndələrə yaxınlaşmağa, hərkəsin cəsarəti görəsən çatarmı heç? Təbii ki, yox! Çünki sənət zirvəsinin fatehləri əslində mənim nəzərimdə möhtərəm zatlar olmuşlar. Xüsusiləsazda Dədə Şəmşir Mikayıl Azaflı, Əmrah Gülməmmədov, Ədalət Nəsibov kimi, kamançada Habil Əliyev, tarzənlərdən Əhsən Dadaşov, Hacı Məmmədov və bu qəbildən olan azman ustadlar arasında xatirəsi hörmət-izzətlə anılan, nəfəsli alətləralanında abidəyə, məbədə çevrilmiş, sağlığında ziyarətgaha dönmüş Ələkbər Ələsgərov da Azərbaycan milli ifaçılıq sənəti asimanında, “Səmayi Şəms” olaraq nurunu səxavətlə saçmaqdadır.  

Şəxsiyyəti sənətini, sənəti də insanlığını tamamlayan ifaçı dediyim zaman ilk öncə ağlıma gələnlər arasında Ələkbər Ələsgəroğlu da vardır. Əslində bu mübarək insanı görməyə lüzum da yoxdur mənim fikrimcə. Elə ifasını dinlədiyimiz zaman hər şey gün kimi aydın olur. Zəngin melodiyaların təbiətindən yaranan fəlsəfə xasiyyətini, şəxsiyyətini, kişiliyini, insanlığını anladır, sənətin sirrlərinə vaqif olanlar üçün. Dinləyicisini heyrətləndirən çalğısı onun ifasına heyrət kəsilənləri əsir-yesir edir desəm ustadımızın ifaçılıq möcüzəsinin bəzi sirrini bir qədər açmış olarıq. Çünki Ələkbər müəllim sənət aləmində çalğı zamanı nümayiş etdirdiyi ruhanidünyasından sellənib axıb gələn əsrarəngiz güllər, ilginc xallar, min bir naxış içərisində zərgərcəsinə vurulan al-əlvan bəzək-düzəklər sanki bir şairlik qüdrətində ecazkar poetik sözləri məntiqi olaraq bir ruhda qovuşdura bilir melodiyaların aracılığı-ardıcıllığı ilə. Bu baxımdan da ifaçılıqda şairlik fitrətini ifadə edə bilmək qabiliyyəti məhz Ələkbər Əsgərova nəsib olmuşdur. Bu tərz ifaçılığı ilə sanki balaban, tütək, ney, klarnet adlı rəngbərəng qələmləri ilə fərqli mövzularda lirik duyğulu şeir yazırdı könül dəftərimizə. Fikrini-zikrini, dilini, düşüncəsini melodiyaya çevirib ən gözəl şəkildə izhar etməkdə tayı-bərabəri yox idi Ələkbər müəllimin. Bütün bu sənətkarlıq cəhətlərini hörmətli ustadımız, nəfəsli alətlərinin bədii-texniki ifadə imkanlarının ən incə detaylarındanyararlanmaqla əldə edirdi. Eləbil ki, bu dünyaya yalnız bu nəfəsli alətləri ən yüksək səviyyədə çalıb yeniliklər ixtira etmək üçün Uca Tanrım tərəfindən təşrif buyurmuşdu Azərbaycan adlı məmləkətimizdə. Azərbaycanımız Ələkbər Əsgərovun ifasına necə gözəl yaraşardı? Ələkbər Əsgərov da “Odlar Diyarı”, ana Vətənimiz Azərbaycana. Millilik ruhu bariz görünürdü bu nurani simalı insanın ifaçılığında. Çünki çalğısında əsl Azərbaycançılıq məramı yaşamaqla,Vətənpərvərlik hissləri tüğyan edirdi daima. Hətta Azərbaycan təbiəti duyulurdu, seyrəngahlı yaylaqlarımızla, mənzərəli bağça-bağımızla, dumduru saf sularımızla birlikdə. Billur, munis olduğu üçün də doğma, səmimi yek kəlmə iləsaxtakarlıqdan uzaq, zərif təbiətli, ipək xasiyyətli, həlim, kövrək idi bu çalğılar. Həm də məğrur idi çalğısı, qürurlu, əzəmətli, əzimli, dözümlü, səbrli idi ifası. Məcazi anlamdaxaric səslər, xətalı notlar Ələkbər müəllimin ifaçılıq məharətindən, peşəkarlığından qorxub çəkindikləri üçün icra etdiyi məqamda yaxına gəlməyə cəsarət edə bilməzdi. Buna görə də Ələkbər müəllimim nəzarətində əsla bayağılığı sevməzdi çaldığı nəfəsli alətlər. Çünkü hər zaman xidmətində dayanan Ələkbər Ələsgəroğlunun etibarlı əlinə əmanət idi bu alətlər. 

Ələkbər müəllimin çalğısında rəssam olduğu düşüncəsindəyəm. Boyaları biri-biri ilə ən gözəl şəkildə uyumunu bir ahəngdə saxlayaraq melodiyanın ifasındaharmonik rəngləndirib əlvan görünüm halına gətirə bilirdi.Təbii ki, Ələkbər müəllimin qüdrəti də burada özünü təcəssüm etdirirdi. İfa etdiyi hər bir əsər bizim xəyalımızda əzəmətliheyrətamiz görünümlü bir tablo, əbədilik ruhu qazanmış qəhrəman ərənlərimizin heykəli, müqəddəslik simvoludur.Toxunmaq belə olmaz, çünki saflığına, ülviliyinə xələl gələbilər. Sadəcə gözünü yumub uzaq məsafədən huş-guşla dinşək kəsilmək gərəkdir Ələkbər müəllimin ecazkar ifasındakı fəlsəfənin mahiyyətini, “sirrlər xəzinəsi” olan iç dünyasınıanlamaq üçün. Özü bir Allahın lütfü-kəramətidir millətimiz, xalqımız üçün Ələkbər Əsgərov adında qürurumuz, iftixarımız.  

Azərbaycan musiqi mədəniyyətimizin ləyaqətli təmsilçisi olmaqla, mübarək insan adını ifası ilə təsdiqləyən müqtədir sənətkardır Ələkbər Əsgərov. Bu baxımdan özünə aid ifasından sədalanan neçə-neçə əsərlərlə müəllifi olduğu qiymətli bəsdələri ilə birlikdə yaşadı qədirbilən xalqımızınqəlbində. Nə çaldısa səlist-sərrast, doğru-dürüst, anlamlı çaldı.  Dərin mənalı, məzmunlu, əhatəli çaldı həqiqi bir pedaqoqkimi.  İmkan olduqca bənzərsiz ifası ilə bizə çox mətləbləriyerli-yataqlı ahəstəcə anlatdı təcrübəli müəllim. Xalqını sevdi, çünki xalqı da onu əzizləyib, hörmət bəslədi hər zaman.Ələkbər müəllimin sənətinin əzəməti önündə daima səcdə qıldı heyrətamiz aurası qarşısında, toy-düyünlərə təşrif buyurmuş müsafir adlı dinləyicilərimiz. 

“Sənətinin qulu olanlardan sənətinin şahı olar” təbirinin müəllifi kimi Ələkbər Əsgərovu nəzərdə tutmaqla bu müqtədir sənətkara aid etmişəm əziz oxucum. Sənətinin şahı olsada, öz ifaçılığını cilaladıb parlatmaq üçün müntəzəm çalışdı. Müdam düşündü, yorulmadan-usanmadan axtardı-aradı daima. Yeni yeni ifaçılıq məqamları kəşf edərək hər zaman yeniliyə imza atdı. Bununla da kifayətlənmədi. Hətta yeniliklər içərisində gözəgörünməz yeniliklər icad edib ifaçılıq prosesində tədbiq etdi bədahətən. 

Bütün bu məziyyətlərlə birlikdə təbiətən həssas qəlbli, nəcib ruhlu bir ata idi. Həm də sənət atası, sənət fədaisi idi Ələkbər müəllim. Əslində isə balaban, zurna,  tütək, ney, klarnet adlı alətlərin hamısını eyni coşğu ilə çalan, ərənlərimizin günümüzdə yaşamış son yadigarı, ulu babası kimi adlandıra bilərəm Dədə Qorqud ruhlu Ələkbər müəllimi. Çünki bu möhtəşəm alətlərinin hər birinin öz dilində daha səmimi danışıb, fikrini hissini, hissiyatını, duyğusunu daha ətraflıca yansıda bilirdi bədii-texniki estetik  ifaçılığınimkanları ilə. 

Ələkbər müəllim yaşamı boyu sənətinə aşiq oldu, çaldığı alətlər də öz sahibinin ifaçılıq mədəniyyətindəki  qabiliyyətinə hər zaman heyran qaldı. Bir Məcnun kimi ülvi məhəbbətini, balaban, ney, zurna, klarnet adlı Leylisinə sidq ürəklə əmanət etdiyi üçün də hər ikisi də ilk məhəbbətlərini  dünya səhnələrində elan etməklə məşhurlaşdı. Atam Cəmil Əkbər, bir şeirini sanki Ələkbər Əsgərov üçün nə gözəl ünvanlayıb:

Sənətkar olarmı, sənət olarmı?

Sevilən olmasa sevən olmasa.

Nəcib duyğularla könül dolarmı?

Sevilən olmasa, sevən olmasa.

Ələkbər müəllim ifaçılıq sənətində novatorluğun zirvəsində parlayan dan ulduzudur. O üçrəngli bayrağımız kimi ana Vətənimiz Azərbaycanımızın başı üzərində əsrarəngiz ifası ilə daim dalğalanaraq millətini qürurlandıracaqdır. Fantastik çalğısı prosesində ağılalmaz güllər, xallar, minbir çeşit əlvan naxışlar necə təcəlli edirdisə eləcə də sənət əsərinə çevirib həmin an könülləri fəth edirdi. Həyatı boyu öz ifaçılığı ilə xalqını heyrətləndiməklə, nəfəsli alətlərdə qeyri-iradi olaraq bir ekol: “Ələkbər ifaçılığı məktəbi” yaratdı. Çünki Ələkbər Əsgərova məxsus zəngin ilmələrlə hörülmüş orijinal ifaçılıq üslubu Haqq dərgahından mükafat olaraq bəxş olunmuşdu adına. Bəxtəvər ifaçı idi ki, neçə min könüllərin qəlbini bəzən sevindirər, bəzən coşdurar, bəzən kövrəldər, hərdən də dinləyicilərini xəyallar aləminin seyrinə daldırardı. 

Ələkbər  Əsgərovun ifaçılıq sənətini “ecazkar musiqinin böyük cazibə qüvvəsi” kimi dəyərləndirə bilərik. Çünki xalqın xoşbəxt günlərində, toy-büsatlarında səsləndirdiyi rəqslər, Azərbaycan milli musiqisinin klassik örnəkləri onu huş-guşla böyük maraqla seyr edən dinləyicilərini qeyri-iradi özünə ram edə bilirdi. Bu baxımdan bir ovsunlamaq qüdrəti vardı Ələkbər Əsgərov ifaçılığında. Bu qəribə ifadan sədalanan palitralı səsləri dinləyənlər az bir zamanda bənzərsiz musiqinin hökmünə mənən təslim olurdular. Toy-düyünlərimizin şah əsəri olan “Vağzalı”da, “Tərəkəmə”də, “Mirzəyi”də fantaziyasının hüdudsuzluğu, əsrarəngizliyi sənət xiridarlarını, hətta məsləkdaşlarını belə daha çox məftun edərdi. Bu ənənəvi rəqslərimizin qədimliyi təməlində oyun havalarımızın hər birini sənət əsəri səviyyəsində sankisimfonikləşdirirdi ifa anında. Məhz Ələkbər Əsgərovun qüdrəti  də bu zaman meydana çıxırdı. 

Xalqımızın min illər boyu başına gələn hər cür olaylar sanki “Vağzalı”da, “Tərəkəmə”də, “Mirzəyi”də bir musiqi salnaməsi kimi səslənərdi Ələkbər Ələsgəroğlunun ifaçılıq sənətində. Keşməkeşli tariximizin müxtəlif məqamlarını peşəkarlıqla anladaraq zəngin melodiyaların təkrarolunmaz axar-baxarındakı epizodlarında seyirçilərinə doğru-dürüst təqdim edərdi.   Ona görə də sadəcə dinləmək olmurdu. Çünki musiqinin dərin qatlarında böyük mənalar gizlənməklə, Azərbaycanın milli musiqi tarixi yaşayırdı onun ifası ilə. Hər ifasında sanki qara bulud kimi dolub qəfil leysan kimi səpələnirdi sənət vurğunları adlı dinləyicilərin könüllərinə. Bir sözlə təskinlik verib ovundurmaqla sevinc bəxş edirdi ruh aləminə. Hər bir çalğısı insan ruhunun qüdsiyyət  adlı mənəvi qidası idi. Bu baxımdan da onu dinləyənlərin pünhan dünyasını təmizləyərək mənəviyyatını ən gözəl, melodik haşiyə adlı təsirli qidalarla bəsləyirdi, cana gətirirdi, dirçəldirdi, yaşayıb qurub- yaratmağa təşviq edirdi insanoğlunu. Bu baxımdan əzəmətli olan Ələkbər Əsgərovun qüdrətli sənətinə heyranlığım nə azalır, nə də tükənir. Əksinə artmaqdaddır.

Böyük sənəti qarşısında hər zaman kiçik görünsədə, xarakterində, rəftarında kiçik hərəkətlərə əsla yol verib xırdalanmadı. Çünki təbiətən alicənab, öz yerini bilən, ağa kimi məğrur, qürurlu idi çalğısı kimi. Məşhur sənətkarlarla ünsiyyət saxlasada böyüklə-böyük, kiçiklə kiçik rəftarındakı prinsipini heç pozmadı. Təcrübəsiz olanlara sənətin doğru yolunu-istiqamətini göstərdi bir ustad kimi. Qiymətli tövsiyələrini əsirgəmədi heç bir zaman Ələkbər Ələsgəroğlu.Bu məramla da 29 il sərasər Sumqayıt şəhəri Soltan Hacıbəyov adına Orta-İxtisas Musiqi Texnikumunda balaban sinfi üzrə pedaqoji fəaliyyət göstərməklə yüzlərlə tələbələrordusu yetişdirib Azərbaycan musiqi camiasına qazandırdı. 

Ehtiyac duyduqda təmas qurduğu alətləri ilə: balabanla, neylə, tütəklə, klarnetlə dünya xalqlarına məxsus populyarmusiqilərini çalaraq xarici dildə ünsiyyət qurmağı da bacarardı Ələkbər müəllim. Çünki istedadının imkanları buna tam zəmanət verirdi. Gah Gürcü, Rus xalq musiqisi çalardı. Yeri gəldiyi zaman Dağıstan xalqlarına aid nümunələr, hətta Ərəb musiqilərini belə peşəkarlıqla səsləndirərdi. Məqamı gəldiyi zaman isə Avropa bəstəkarlarının, klassik əsərlərinə də yer ayırmışdı repertuarında. Anadolu insanına Türk klassik xalqmusiqisindən ən gözəl əsərlər də təqdim edərdi konsert proqramlarında. Bununla da O, dinindən, irqindən asılı olmayaraq bu millətlərin dinləyicilərini hər zaman şahanə ifası ilə heyrətə gətirərdi. Bu səbələrə görə də dünya vokal sənətinin korifey sənətkarı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı,  Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-nin xalq artisti, Gürcüstan SSR-in Əməkdar İncəsənət xadimi Rəşid Behbudov hər zaman öz ansamblının üzvü kimi xarici ölkələrdəki gerçəkləşəcək konsert səfərlərinə Ələkbər Əsgərovu müşayiət etmək məramı ilə özü ilə birlikdə aparmaqla fəxr edərdi. Çünki fəxarətli ifası ilə beynəlxalq arenada tanınmış nəhənk vokal ustadımızı professionalmüşayiəti ilə daima məmnun edərdi. Rəşid Behbudov əmin idi ki, Ələkbər Əsgərov yabançı xalqlar qarşısındakı çıxışı ilə zəfər qazanacaq. O, sənət aləmindəki bu keyfiyyəti ilə də Rəşid Behbudovun hüsn-rəğbətini çoxdan qazanmışdı. Bu səbəblərdən dolayı da ünlü vokal ustadımız, Ələkbər Əsgərova “professor”  deyə müraciət etməklə onun şahanə sənətini həyatda var olduğu zaman onurlandırıb, ən qiymətli dəyərinivermişdi. Çünki, Xalq şairimiz Osman Sarıvəllinin “Sənətkaram sənətkara aşiqəm”  təbirini  Ələkbər Əsgərova şamil etməklə qürurlanırdı. Bu baxımdan Azərbaycan xalq musiqisinin ən layiqli təmsiliçiləri arasında Ələkbər Əskərov adlı fenomen sənətçinin olduğunun fərqində idi. Çünki ustad Ələkbər Ələsgəroğlu kəşf olunmamış ifaçılıq sənətimizin nəhənk bir planeti kimi görünməklə, sənəti bir, sənətkarlığı pir, insanlığı nur bir şəxsiyyət idi. 

Ələkbər Əsgərov qəlbinin sirli sözünü tamamilə aça bildiyi çaldığı alətlərilə hər zaman mehribancasına şəfqətlə, ehtiyatla rəftar edərdi. Bu baxımdan alətlər ustadını, ustadı da övladı kimi alətlərini o düzeydə ülvi məhəbbətlə sevərdi. Sanki bu alətlərin nazını çəkirdi ifa prosesində. Dilə gətirmək, aləti dilləndirmək məharəti Əlkəbər müəllimin peşəsində sənətkarlığın ən üst səviyyəsi idi. Dilsiz alət icra anında Ələkbər Bəylə nitqi açılıb dilə gələr, sanki tərəf-müqabilinə olub keçmiş həqiqətləri danışmaqla müəyyən mətləblər anladar, fikir düşüncəsini ruhunu doğru-dürüstcə izhar edərdi.Eyni zamanda Ələkbər Bəy də dərdi-sərini bu alətlərin incədən-incə ən zərif imkanlarını xalqımıza zəngin ahənkli melodiyaların timsalında musiqimizdəki notların, yarım notların, çərək notların dili və əlvan melizmlərin zərgər imkanları ilə diktə edirdi. Çalarkən sanki yavrusunun başını oxşayırdı barmaqların sehirli təmasları ilə sığal çəkib əzizlərdi. Bu baxımdan alətlər ona ram olurdu. Bilirdi ki, qayğısını, nazını çəkən mehriban ürək sahibi, kövrək qəlblihəssas bir ustad var ki, bu sənətkarın adı Ələkbər Əsgərovdur.Bu nəfəsli xalq çalğı alətləri, peşəkar ifası qarşısında cani-könüldən xidmətində dayanardılar Ələkbər müəllimin. Heç zaman dəcəllik, türk təbiri ilə “sayqısızlıq” etməzdilər müəlliminin, tərbiyəçisinin önündə. Bu tərbiyə, ustadımızınifası ilə xalqımıza çatdırılır zövqümüzün cilalanmasına, nurlanmasına vəsilə olurdu. 

Ələkbər Əsgərovun ifaçılıq sənəti bizim üçün yeni era olmaqla başdan-başa heyrətdir. Haradan bulurdu bu ilmələri, bu əsrarəngiz gülləri, zərif xalları deyə düşünərək bir sənətşünas kimi indi də heyrət içərisindəyəm. Hər bir çalğısıyeniliklərlə nəzərəçarpan bir möcüzədir. Bilmədiklərimizimusiqinin ecazkar qüdrəti ilə bizlərə anlaşıqlı şəkildə izahla izhar edirdi. Ələkbər müəllimin dərin anlamlı fikirlərlə zənginmelodiyalara bələnmiş sözü onun hikmət bəxş edən ifaçılığında təcəlli edərdi. O, kimsənin anlada bilmədiyi ifaçılıq təfsirində dünyagörmüş müdrik bir filosof kimi,hikmətlə zəngin fikir və düşüncələrini bizimlə səmimiyyəti ilə paylaşardı. Bədahətən icad etdiyi məntiqə dayalı zəngin xislətli hər  bir musiqi cümlələri yeni və orijinal olmaqla qədimliyimizi, bugünümüzü və gələcəyimizi əks etdirirdi.  Çünki Nəsimimiz kimi zamana-məkana sığmaz idi Ələkbər Əsgərov ifaçılığı sənəti. 

Ələkbər müəllimin tərəf müqabilinin adı yaslı balaban, qara zurna, ney, tütək, qızıla bələnmiş,  gümüşü klapanlarla əhatələnmiş, matəm görünümlü siyah rəngli klarnet idi. Bu alətlər əslində onun ən yaxın həmdəmi, qəmdaşı, şəndaşı, sirdaşı, dost-müsahibi idi. Sadəcə onlara sirrini aça bilirdi, dərdinin, qəminin gizli mətləblərini deyə bilməklə təskinlik tapırdı. Çünki “Ələkbər Əsgərovun sənət fabrikası”ndan çıxanəlvan çeşidli heyrətamiz ölçülü-biçili “məhsullar”, orijinal melodiyalar, pak xallar, saf güllər, hətta fərqli nəfəslər, klapanlar üzərində şığıyan əcaib barmaq vuruşları,  ifaçılıq manerası ilə millətimizin mənəviyyatını zənginləşdirməklə onu ülviləşdirirdi, paklaşdırırdı. Budur sənətkarın möhtəşəmliyi, qüdrəti, əzəməti. Ələkbər müəllim özü, Allahın təvazökar bir bəndəsi qismində fəaliyyət göstərsədə, onun sənətinə pərəstiş edənlər üçün ən əsası isə el-obamız, ulusumuz  üçün əslində əfsanəvi dünyanın ətası, bir lütvü idi. 

Çalmaqdan doymurdu, bərq vurduğu əsrarəngiz xalların zənginliyindən usanmırdı heç zaman. Bütün bu keyfiyyətlər onu yaşadırdı, ifaçılıq anlarında ömrünə ömür qatırdı. Çünki Ələkbər müəllimin sənəti sərhədlərə, asimana, yerə-göyə,dəryaya, ərşə-gürşə sığmayan çox böyük mənalar kəsb edən, insan ruhuna fərəh gətirən, şəfa verən Loğman təbiətli sənətdir. O çalarkən dinləyiciləri sanki bir körpə kimi ana laylasını dinləyib təskinlik taparaq ovunardılar. Sənət dünyamızda Ələkbər Bəy nə ixtira etdisə doğru etdi, qeyri-iradi etdi novatorcasına, yaradıcı üslubda düşünərək, inanaraq,bilərək etdi.

İfaçılıq Ələkbər müəllimin sənət aləmində Haqq kəlamını deyə bilmək üçün potensial ifadə imkanı idi. Bu möhtəşəmliyin ağuşunda yazdı nasir kimi, yaratdı ədib kimi,poetik şeirlərini bədahətən söylədi əsl şair kimi, bəstələdi bəstəkar kimi, ifa etdi ifaçı kimi və alətdə ifası ilə sanki bir rəssam kimi rəsm çəkərək mənəvi dünyamızı naxışladıb bəzəyib-düzədi. Zinətləndirdi könül adlı mənəviyyatımızı, fərqli-fərqli ifaları ilə. Doymadı, əsla yorulmadı bu çalğısı ilə.Heç doyardımı, yorularmı Ələkbər müəllim? Çünki ifaçılıq dünyasında doyumsuzluq anlayışına sahib idi Ələkbər müəllim. Şükürlər olsun ki, çaldığı bir çox əsəri, lentə yazdırması ilə günümüzdə belə xalqımızın mənəviyyatını gülləndirdi, çiçəkləndirdi və güllü-gülüstana çevirdi. Müşk-ənbər ətri yaydı elimizə-obamıza, onun sənətinə pərəstiş edənxalqına. Hal-hazırda bugun belə lent yazılarını dinlədiyimizdə xəyal dünyamız zənginləşir, ənginləşir,  ustadın heyərtamiz güllərlə vurduğu əlvan xallarla daima ruhumuza təravətlik, iliyimizə, damarımıza, qanımıza, canımıza can gəlir. 

Yeri gəlmişkən, əfsanəvi ustadımızın möhtəşəm sənətinin elmi şəkildə Türkiyədə tanıdılması üçün 22 Oktyabr 2021 tarixində “Zoom” adlı proqramın imkanlarıyla Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında təhsil alan Magistr tələbələrim üçün ayrıca bir seminar da təşkil etmiş oldum. “Azərbaycanın nəfəsli çalğı aləti sənətcisi, bəstəkar və yenilikçi Ələkbər Əsgərovun çoxyönlü yaradıcılığı üzərinə” adlı başlıqda gerçəkləşdirdiyim seminarda ustadın fədakar qızı, Ardahan Universitetinin musiqişünas alimi: Ələkbər Əsgərov yaradıcılıq irsinintədqiqatçısı, Mahirə Xanım Ələkbərqızı Quliyeva ilə birlikdəböyük sənətkarımızın sənətkarlıq məziyyətlərinin müxtəlif yönlərini birlikdə anlatmış olduğumuzu da “525-ci qəzet”in qədirbilən əməkdaşlarına və sədaqətli oxucularımıza bəyan etmək istərdim.

Allah rəhmət eləsin, məkanı cənnət olsun!

 





27.08.2022    çap et  çap et