525.Az

Zaqatalada dağlıq-meşəlik ərazidə yanğın başlayıb - Yenilənib


 

Zaqatalada dağlıq-meşəlik ərazidə yanğın başlayıb - <b style="color:red"> Yenilənib</b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Aşağı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən 525.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

xxx

Zaqatala Aşağı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Xəbərə görə, FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunib. Yanğının söndürülməsində ETSN əməkdaşları da iştirak edir.

 





30.08.2022    çap et  çap et