525.Az

Qəbələdə meşəyə yaxın ərazidə yanğın baş verib


 

Qəbələdə meşəyə yaxın ərazidə yanğın baş verib<b style="color:red"></b>

Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat katibi İradə İbrahimova 525.az-a bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

 





31.08.2022    çap et  çap et