525.Az

Bakıda 154 bina təhlükədə


 

Bakıda 154 bina təhlükədə<b style="color:red"></b> Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda yaşayış binalarında epidemioloji araşdırma aparıb. 

525.az-ın verdiyi məlumata görə, bunu Lent.az-a açıqlamasında Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, binaların bəzilərinin zirzəmilərinə  məişət, qrunt suları axıdılır: “Belə binaların sayı 154-dür”. Şöbə müdiri deyib ki, bu cür binalar əsasən paytaxtın Suraxanı, Yasamal, Nizami rayonları ərazisindədir. Həmin tikililər əsasən Sovet dövründə tikilmiş 9 mərtəbəli binalardır: “Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik”.
 
Z. Kazımovun sözlərinə görə, belə vəziyyət həmin binalarda ağcaqanadların sayının artmasına səbəb olur: “Bu da ağcaqanadlar vasitəsi ilə müxtəlif xəstəliklərin, məsələn malyariyanın yayılması ilə nəticələnə bilər”.
 





11.06.2014    çap et  çap et