525.Az

Qarqarçay çayında bir nəfər batıb


 

Qarqarçay çayında bir nəfər batıb<b style="color:red"></b>

Qarqarçay çayında bir nəfər batıb.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 





01.09.2022    çap et  çap et