525.Az

Azərbaycan Cənubi Osetiyadakı “seçkini” tanımadığını bəyan etdi


 

Azərbaycan Cənubi Osetiyadakı “seçkini” tanımadığını bəyan etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü  və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada 8 iyun 2014-ci il tarixində keçirilmiş qondarma "parlament seçkilərini" tanımadığını bəyan edib.

Bu barədə Modern.az saytına  XİN mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır,-deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə separatçı Cənubi Osetiya “Respublikası”nda parlamnet seçkiləri keçirilib. 

 





11.06.2014    çap et  çap et