525.Az

Alimlər Van Qoqun əsərini yenidən yaratdı


 

Alimlər Van Qoqun əsərini yenidən yaratdı<b style="color:red"></b>

 

Britaniya alimləri 19-cu əsrin məşhur rəssamı Van Qoqun çəkdiyi əsəri yenidən yaradıblar.Buişdə onlara süni intellekt yardım edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Antverpen Universitetinin incəsənət tarixçiləri 2011-ci ildə rentgen analizindən istifadə ediblər. Nəticədə "Tarla çiçəkləri və qızılgüllərlə natürmort" əsərinin boya təbəqəsinin altında iki yarıçılpaq güləşçinin şəklini aşkar edilib və əvvəlcə əsər naməlum rəssamın adına qeyd edilib. 

Lakin sonradan daha dəqiq tanışlıq həm rəsmin özünün, həm də onun altında gizlənən təsvirin müəllifinin Vinsent van Qoq olduğunu müəyyən etməyə imkan verib. Belə ki, 3 britaniyalı alim süni intellekt texnologiyası və 3D çapdan istifadə edərək uzun illər natürmort altında gizlədilmiş rəsm əsərini yenidən yaradıblar. Layihə üzərində nevroloq Entoni Buraçed, fizik Corc Kan və riyaziyyatçı Jesper Eriksson çalışıb. 

Buraçedin dediyinə görə, onun komandası digər rəsmlərdə Van Qoqun fırça toxunuşlarını təhlil etmək üçün kompüter alqoritmindən istifadə edib. O,  bu məlumatlardan güləşçilərin orijinal təsvirinin necə görünə biləcəyini modelləşdirmək üçün istifadə edildiyini deyib. Artıq bu həftə rəsm Parisdəki Luvr muzeyində sərgilənəcək. 

Bu ilin iyulunda Şotlandiyada Van Qoqun əvvəllər məlum olmayan avtoportreti aşkar edilib. Bu, 1885-ci ildə çəkilmiş "Kəndli qadının başı" adlı rəsmin rentgenoqrafiyası zamanı baş verib. Tədqiqat göstərib ki, kətanın arxa tərəfində yapışqanlı karton təbəqələrinin arxasında rəssamın gizlədilmiş avtoportretinin eskizi var. Hazırda bərpaçılar bir əsəri digərindən təhlükəsiz şəkildə ayırmaq imkanlarını araşdırırlar.

Malik Atilay 

 





01.09.2022    çap et  çap et