525.Az

Polis polkovniki istefaya göndərilib


 

Polis polkovniki istefaya göndərilib<b style="color:red"></b>

Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, N.Piriyev son yaş həddinə görə təqaüdə göndərilib.

Məlumatda qeyd olunur ki, bəzi KİV-lərdə onun korrupsiya qalmaqalına görə işdən çıxarılması barədə yayılan informasiyaların heç bir əsası yoxdur.

 





11.06.2014    çap et  çap et