525.Az

Rəşid Behbudovun xatirə gecəsi keçirilib


 

Rəşid Behbudovun xatirə gecəsi keçirilib<b style="color:red"></b> Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mərhum sənətkar, xalq artisti Rəşid Behbudovun xatirə gecəsi keçirilib.

Lent.az-ın məlumatına görə, sənətkarın anım tədbirində onun adını daşıyan 2 saylı Onbirillik musiqi məktəbinin şagirdləri çıxış ediblər. Onlar konsert zamanı Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Vasif Adıgözəlov, Emin  Sabitoğlu kimi dahi bəstəkarların bəstələrini səsləndiriblər.

Gecədə eyni zamanda “Uşaq Euravision-2013"  mahnı   müsabiqəsinin   iştirakçısı  Rüstəm Kərimovun da çıxışı olub.

Tədbirin sonunda məktəbin direktoru, əməkdar İncəsənət işçisi Qəmər Quliyeva çıxış edib. O, bildirib ki, hər il iyunun 9-da görkəmli müğənni Rəşid Behbudovun xatirə günü onun adını daşıyan musiqi məktəbində qeyd olunur.

Qeyd edək ki, tədbir mərhum sənətkar R.Behbudovun ifasında “Azərbaycan” mahnısı səsləndirilərək, yekunlaşıb.
 





11.06.2014    çap et  çap et