31 avqust - Qırğızıstanın Müstəqillik Günü münasibəti ilə təşkil olunan tədbirdə Azərbaycan və Qırğızıstan Respublikalarının Dövlət Himnlərini və xalq mahnılarımızı Əməkdar artist Elza Seyidcahan ifa edib. Bu ona Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev tərəfindən həvalə olunub.
Bu barədə 525.az-a açıqlama verən bəstəkar-müğənni dəvətə görə sevincli olduğunu bildirib:
“Böyük sevinc hissi ilə bu missiyanı üzərimə götürdüm. Tədbirdə müxtəlif ölkələrin səfirlik nümayəndələri, millət vəkilləri, Xarici İşlər nazirliyinin rəhbər nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Qız qalası və Alov qülləsinin taxta üzərində oymasını əks etdirən tablonu Bəstəkarlar İttifaqının adından Qırğızıstanın səfiri Kayrat Osmanəliyevə təqdim etdim”.
Qeyd edək ki, səfir Qırğızıstanın milli, rəmzi simvolu olan qızılı qabı Elza Seyidcahana hədiyyə edib.

çap et