525.Az

Urmiya-Türkün beşiyi, sevgi ocağı...


 

Urmu-Urmiyanın Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü

Urmiya-Türkün beşiyi, sevgi ocağı...<b style="color:red"></b>

Hər dəfə Urmuya həsr olunmuş nəsr poeziya nümunələrini oxuduqda düşünürdüm ki, şairlərə ilham qaynağı olmuş bu diyarın məxsusi özəllikləri nədir görəsən? üçün Urmu-Urmiya-Urmiyyə haqqında yazılan əsərlərdə qəm notları sevinc duyğularından daha üstündür... Mahmud Sadıqpur Şami, Əli Daşqın, Nazir Şərəfxani, Kərim Məşrutəçi Sönməz, Ruqəyyə Kəbiri, Amanoğlu, Salah Bəhlul Camurcu, İsmayıl Cəlili, Xosrov Barışan, Təyyar Şərif, Susən Rəzi, Rəhim Gözəl başqalarının əsərləri ilə tanış olduqca anlamışam ki, bu gözəlim diyarın, Urmiyanın başı üstündən bəlalar, fəlakətlər heç əskik olmayıb. Şairlər Urmiyanın başından keçən olayları, üzləşdiyi acıları ürəklərinin qanı ilə qələmə alaraq şəhəri əhatələyən əsl təbiət möcüzəsi-Urmu gölünün suyunun duzlu, şor olmasının səbəblərini öz baxış bucaqlarına görə incələməyə, bədii şərhini, təsvirini verməyə səy göstəriblər... Kərim Məşrutəçi Sönməz kimi:

 

Kim görüb ki, mən özümdən boy deyim?

Sınamamış hər şənliyə toy deyim?

Urmu gölü nədən şordur, qoy deyim:

Mən o göldə üzə-üzə ağlaram...

 

Sönməzin dördlüyü bədii sualla başlaması, bir-birinin ardınca sual cümlələri işlətməsi fikrin emosionallığını, mövzunun-hədəfin bədii təsir gücünü artırmaq vasitəsidir. Əlbəttə, "Urmu gölü nədən şordur, qoy deyim: Mən o göldə üzə-üzə ağlaram" beytindəki mübaliğə şairin bədii tapıntısı, poetik kəşfidir. Əfsuslar ki, bədii tapıntıya vəsilə olan obyektə real həyatda ağır bir hökm oxunub Urmu ölümə məhkumluq qisməti yaşamaqdadır.

İstedadlı şair İsmayil Cəmilinin "Urmu gəlini" şeirində gölün məhz bugünkü ağır vəziyyəti, real durumu ən təsirli bədii dillə canlandırılır... Urmu gölü yenə mavi gözlü duzlu gəlin, Urmiyanın don balası, "elin əzizi, Azərbaycan dənizi" kimi öyülür. Lakin şairin sevə-sevə vəsf elədiyi təbiət gözəlinin "tülkülərin pusqusu, quduz yadların qurğusu" ilə artıq qara bəxti yazılıb, gölə təbii yolla axan gur çayların səmti dəyişdirilib, yolundan azdırılıb, nəticədə "ırmaqları dustağa, dalğaları duzlağ"a çevrilib:

 

Dadsız qalan duzlu gəlin,

Duru mavi gözlü gəlin.

Urmunun don balası

Göz-göz olan can yarası...

qanadı sınan mələk

Yarpaq yarpaq solan çiçək...

 

1998-ci ildə I Şimal-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birincilik qazanan qadın hüquqlarının müdafiəsinə həsr edilmiş uluslararası qurultay seminarlarda iştirak edərək cəsarətli, demokratik ruhlü düşüncə fikirlərini yüksək kürsülərdən hayqıran şair Fəranək Fərid-İpək xanım da digər qələmdaşları kimi, Urmu hadisələrində öz sözünü deyib. 2011-ci ilin sentyabrında Urmu gölünün qurudulması faciəsinə qarşı təşkil olunan nümayişdə tutulub 42 gün zindanda qalıb. Lakin dövlət büdcəsinə 100 mln. tümən ödədikdən sonra azadlığa buraxılıb. Urmiyə gölünün qurudulmasına etiraz etdiyinə görə, məhkəmə Fəranək Fərid xanıma 3 ay 1 gün həbs cəzası 1 mln. tümən nəqd pul cəriməsi kəsib. Həqiqətən anlaşılmaz durumdur: İnsan öz milli mənsubiyyətini, milli kimliyini dərk edib "Ana dilinə, milli mədəniyyətinə yiyə durursa, üzləşdiyi ekoloji fəlakətə qarşı birləşib tədbir tökməyə, vəziyyətdən çıxış yolu bulmağa çağırırsa, bu, niyə günah sayılır, cinayət hesab edilir?!"

Yaşar bəy Sulduzlunun fikirlərinə haqq verməyə bilmirsən: "İranda demokratik hərəkatın uğur qazanacağına inamım azdır. Avropa Birliyi, ABŞ, BMT digər beynəlxalq qurumlar İran məsələsində farslara kürdlərə məxsus hərəkatları, insan hüquqları təşkilatlarını tanımaqla yanaşı, onlara hərtərəfli dəstək verdikləri halda, Güney Azərbaycanda insan hüquqları, demokratik hərəkat məsələsində susmaqla bundan yan keçirlər.

Gənc yazar Ruqəyyə Kəbirinin lap son dönəmdə - 2013- ildə yazdığı "Yasasız törən" adlı şeirində "görülən profilaktiki tədbirlər sayəsində" artıq 80 faizi quruyan Urmunun durumu o qədər orijinal təhkiyə ilə bədii-poetik əksini tapıb ki, oxucu özünü bu yasadışı, qeyri-qanuni düzənlənmiş toy mərasiminin içində hiss edir, bir növ hadisələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr, cızılan tablolar qarşısında heyrətdən dil susur, gözlər qan ağlayır, bircə ürək danışır.

Xosrov Barışanın "Duzlu gəlinim" şeirində motiv eynidir, amma yanaşma tərzi fərqli səpkidədi... Şeiri oxuyur şahid olursan ki, Urmunun real durumu hər bir qələm sahibi kimi, gənc şair Xosrovu da düşündürməyə bilmir. "Ey səni özgə özgəyə pay verən", - deməklə tarixə ekskurs edən gənc şair "Paydan pay olmaz" atalar sözünü xatırlayaraq Türkmənçay müqaviləsilə iki imperiya - Rusiya ilə İran arasında pay-pürüş edilən, "özgənin özgəyə pay verdiyi" gözəlin cəhənnəmə məhkumluğuna, məhv edilməsinə üzülür.

"Sevgilisiz ögey bir dul kimi korlanacağına, hətta turşuyacağına" üzülən obrazlı təhkiyə sərgiləyən "şeir dediyini silahsız bir fədayi çerikə" bənzədən şair, "Adını Urmu qoyduğu Sevgilini qurtarmaq" - fədakarlığına da hazırdır, təki "bağrı çatlamış..." qəbir gözlü gözəli", Urmusu-sevgilisi ölümdən qurtulsun... Əgər qurtulmazsa, "şeirinin gəmisi kapitansız qalacaq", düşüncə dalğaları "dodu-dodu dolanacaq..." Xosrovun...

Urmu gölünə bu dərəcədə həssas münasibətin, şəninə neçə-neçə şeir poemaların həsr edilməsinin təsadüfi xarakter daşımadığı son illərin elmi axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən Urmiya şəhərinin kənarındakı Həsənli qəbiristanlığında toplu məzarların aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan türkünü qətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycan türklərinin qanuni ata-baba torpaqlarını zəbt edərək burada "əzəmətli" Ermənistan yaratmaq istəyən ermənilərin türklərə qarşı soyqırğını əməliyyatı İrəvan, Göyçə Zəngəzurdan başlasa da, Azərbaycanın quzeyindən, güneyindən yan keçməmişdi. "Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə, 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdirsə, Güney Azərbaycanda təkcə Urmu Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir".

1946- ilin dekabrında, yəni Milli Hökumət süquta uğradıldıqdan sonra, Şah qoşunları Rza şah Pəhləvinin xarici havadarları tərəfindən "Cənubi Azərbaycan torpağı qan dəryasına qərq edildi. Öldürülənlər şəhər küçələrində o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Demokratların cənazələrini doğrayaraq arabalara yığıb, küçələrdə gəzdirir, kəsik başlarını nizəyə taxaraq ətrafında dövrə vurub oynayırdılar. Onların arvadlarını, uşaqlarını diri-diri su quyularına, yanar təndirə atırdılar. Gözlərini çıxarır, qulaqlarını kəsir, bədənlərinə dağ basır, qızlarını soyundurub küçələri gəzdirirdilər. Canlı insan bədənlərindən tonqal düzəldirdilər, onları daş-qalaq edir, atın quyruğuna bağlayır, 60-70 yaşlı qocaları peyin arabalarına qoşaraq küçə-küçə gəzdirir, yoldan ötənləri onların üzünə tüpürməyə vadar edirdilər. Bütün bu təhqirlərə, xalqın mərd oğul qızları mətanətlə dözür, ruhdan düşmək olduğunu bilmirdilər. Urmiyədə ADF-nin üzvü Bəhram Nəbi öldürülərkən Azərbaycan himnini, 70 yaşlı Nurullaxan Yeqani isə Səttarxana həsr edilmiş şeiri oxuya-oxuya həlak olmuşdu. Azərbaycan xalq qoşunları Marağa qarnizonunun polkovniki Qulu Sübhi ölümünü bir qəhrəman kimi qarşıladı. Urmiyə fədailərinin başçısı Azad Vətən vəhşicəsinə öldürülməzdən qabaq, ona tutduğu yoldan dönmək, yəni, düşmən tərəfə keçmək təklif olunarkən cavabında: " danışırsınız, bişərəflər! Söyüd budaqlarını ikiqat əymək olar, qocaman çinar isə sınar, əyilməz" demişdir.

Bu gün Güney yazarlarının əsərlərindən boy verən Urmu gölünün sürətlə quruması, quruma nəticəsində Azərbaycan türklərinin daha sıx yaşadığı Urmu şəhərini ətraf  bölgələri gözləyən duzlaşma-duz fırtınası, qeyd etdiyimiz kimi, İİR dövlət rəsmilərinin o qədər ciddiyə almadığı gerçək bir milli problemdir. Marağalı şair Amanoğlu Urmunun bu ağır durumuna dözə bilmir, "Qayıt qədim çağlarına, qovuş qədim dostlarına-Cığatıya, Mürdü çaya, qucağın qonaqlara, bir ana tək"- diləyilə Urmu gölünə üz tutur.

Maraqlı acınacaqlı hal budur ki, İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün ətrafındakı quyuların suyunun şor olduğunu açıqlayıb, ancaq çıxış yollarından danışmayıb. Daha bir məlumata görə, Urmu ətrafındakı ərazilərə kütləvi şəkildə kürdlər yerləşdirilir, etnik balans kürdlərin hesabına artırılır. Hər bir həyətyanı torpaq sahəsində olmaqla, təxminən 30 min su quyusu qazılıb bu quyular suvarma məqsədilə istismar olunur.

2006- ilin rəsmi siyahıyaalınmasına görə, təkcə mərkəzi şəhərində-Urmuda 583,255 nəfər, bütövlükdə əyalətdə isə 13 milyona yaxın Azərbaycan türkünün yaşadığı köklü bir bölgə.. Geniş maddi mədəni imkanlarına, əlverişli coğrafi mövqeyinə möcüzəli iqlim şəraitinə görə vaxtilə bütün Şərqdə böyük şöhrət qazanmış, Qafqazı bəzi dövlətlərlə, Kiçik Asiyanı isə Pakistan Hindistanın bir sıra şəhərləri ilə birləşdirən ticarət yollarının tam üstündə yerləşən qədimdən-qədim Urmu-Urmiya şəhəri...

Başlanğıcını Zaqroş dağlarının ən yüksək zirvələrindən götürən Şəhər çayı Urmuya heyrətamiz gözəllik təravət gətirir, ətrafında bağçılıq, bostançılıq digər kənd təsərrüfatı bitkilərinin inkişafına geniş imkanlar yaradır. Türkiyə İraq sərhədləri boyunca uzanan onu bu qədim türk torpaqlarından ayıran əzəmətli Moğancıq-Mosalan ən uca zirvəsi dəniz səviyyəsindən 3676 m yüksəklikdə yerləşən Hərəvil olan Qotur dağ silsilələri hüsnünə min bir yaraşıq verir, qışda soyuq, yayda mülayim sərin havası ilə ruh oxşayır...  Maddi-mənəvi nemətlərlə zəngin olan bu qədim məkan ta əski çağlardan bir çox yerli xarici ölkə tarixçilərinin, o cümlədən Məhəmmədhəsən xan, Ə.Dehxuda, Ə.Rəzməra, Zəkəriyyə Məhəmməd əl-Qəzvini kimi İranın görkəmli tarixçi alimlərinin diqqətini cəlb edib onlar öz əsərlərində Urmiyanın özəllikləri haqqında dəyərli məlumatlar veriblər. İstər Parfların, istərsə Sasanilərin dövründə əsas atəşpərəstlik mərkəzlərindən biri atəşpərəstlik dini təliminin yaradıcısı Zərdüşt peyğəmbərin vətəni olan bu ulu şəhər ətraf bölgələrin əhalisinin belə ziyarətgahına çevrilib. Lakin bu qədim şəhərin tarixi yerləri zəngin maddi mədəniyyət abidələrinin çoxu müxtəlif tayfa qəbilələrin hücumu zamanı, həm aramsız təbiət hadisələri nəticəsində dağıdılıb, təkcə Çingiz xanın nəvəsi Hülakü xanın qəbrini bu günədək qoruya bilib Urmiya...

Qəsbkarların zaman-zaman etdikləri hücumların qarətlərin acı nəticəsidir ki, başıbılalı qoca Təbrizdə olduğu kimi, Urmiya ərazisindən tapılan qiymətli maddi-mədəniyyət nümunələrinin çoxu hazırda ABŞ, İngiltərə, Fransa Almaniya, həmçinin İranın dövlət muzeylərində saxlanılır.

Qədim adlarının dəyişdirilməsi prosesi eynilə erməni vandallarının Qərbi Azərbaycanda yürütdükləri addəyişmə, türk tarixini saxtalaşdırma əməliyyatlarını xatırladır. Vətənin xalqın Urmu dərdi, bu dərdlə nəfəs-nəfəsə yaşamaq, gözlərinin qabağında əsrarəngiz gözəlliklər yurdunun duzlu gəlininin son nəfəsini verməsi Güney şairlərinin ürəyini köz-köz edir, qəlb ağrısından azacıq da olsa, qurtulmaq üçün qələmə sarılır, fəryad nalələrini misralara çevirirlər. Bu dərd, ağrı-acı Qadir Cəfəri, Ülkər Ucqar, İsmayıl Ülkər, Hüşəng Cəfəri, Nazir Şərəfxani, Mahmud Sadıqpur Şaminin b. şeirlərinin misraları arasından boy verir. Hüşəng Cəfərinin Urmuya həsr etdiyi şeirdə Güney fəallarının gölün qurudulmasına qarşı keçirdikləri aksiyada səsləndirdikləri "Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!" şüarının əks-sədası ilə bərabər, dünyanın bu böyüklükdə problemə laqeydliyi, Güney Azərbaycan türklərinin Ermənistanın amansız hücumlarının, soyğunçuluq işğalçılıq planının məngənəsində can çəkişdirən Quzey Azərbaycan türkləri kimi meydanda köməksiz, yalqız qalmasından dolayı şairin qəlb ağrıları da təsirli bədii ifadəsini tapmışdır. Hansı tərəfdən baxırsa, Vətənini dustaq görən H.Cəfərinin şair ürəyi sıxılır, quruyan gölü göz yaşları ilə doldurmaq istəyində bulunur, eyni zamanda bu üçün məhz el birliyinin gərək olduğunu, əks təqdirdə, yəni, bu birlik olmazsa yeniləcəyini anlayan anladan elin qeyrətli oğlu yazır:

 

Ürəyim darıxır, sıxılıram mən

Qolumdan saxlayın, halımı sorun...

El gücü olmasa yıxılıram mən

Urmu gölü tək yalqızam, yalqız

Gedirəm zülmətin kökün yolduram

O qədər ağlıyam ki, Urmu gölündə

Göz yaşımla Urmu gölün dolduram...

 

Mahmud Sadıqpur Şami Urmiyada doğulub, boya-başa çatıb, bu qədim türk şəhərində fars dilində təhsil alıb. Ana yurdun əsrarəngiz gözəllikləri, dərdləri onu bütün bunları yazmağa həvəsləndirib şairlik yolunun yolçusu edib. "Urmiyə", "Məsdək, Mani", "Urmulu Səfi Ələddin" şeirlərində "Məşrutə inqilabında Urmiyənin nəqşi" poema-sında özünün, eləcə vəsf elədiyi görkəmli sənətkarların, tarixi şəxsiyyətlərin ana yurdu, ata ocağı, Urmiyyəni "Sular ölkəsi, odlar şəhəri, cənnətin bir bucağı sanır, güllü-gülşənli, süsənli-sünbüllü, laləli-reyhanlı diyarın payızını, qışını, yazını, yayını, rəssamın çəkdiyi tabloymuş kimi gözəl görür... O qədər gözəl ki, kuşuldayan Nazlı çayın, Şəhər çayının dumduru sularında ulduzların, günəşin, ayın əksi bərq vurur. Bu yurdun Kazım dağında, Şıx təpəsində min bir əsrarı-sirri yatıb. Ulu Tanrı pay böləndə qismətinə daha çox gözəllikdən pay düşən bu müqəddəs yerə güllü-çiçəkli bahar çağında dünyanın hər yerindən turistlər gəlir hüsnünün seyrinə dalırlar. Şami arzulayır ki, gözəlliklərinin tamaşasına dünyanın durduğu, bir çox millətlərin, ayrı-ayrı təriqətlərə xidmət edən insanların ayın-şayın, mehribancasına yaşadıqları düşmənə qənim Urmiyyəsinin başı üzərindən qara yellər əsməsin, qada-bəla uzaq olsun...

Bu şeirində Urmiyanın şanlı tarixini, şərəfli keçmişini vərəqləyən Mahmud Sadıqpur Şami "Məşrutə inqilabında Urmiyənin nəqşi" poemasında azadlıq yolunda sınaqlardan çıxıb, Məşrutə inqilabında qan-can verən Zərdüştün şəhərinin, qəhrəmanlara səngər olan odlar, sular şəhərinin başına gələn bəlalardan, qanlı-qadalı olaylardan söz açır, "Ey şanlı Urmu, ey qanlı Urmu" - nidaları ilə dərdlərini ovutmaq üçün ağı deyir sanki... "Tarix boyu yaşı olan" Urmunun yağı düşmən əlindən çəkdiklərini kino lenti kimi göz önündən keçirən şair yazır ki, "Şor dənizim, Kazım dağım neçə-neçə savaşlara" şahidlik etmişdir, bu savaşlarda qırılan ellərin dərdindən, yaşanan acılardan xalqın sinəsinə vurulan yaralardan Kazım dağında bitən lalələrin belə sinəsinə dağ çəkilmiş, odlar yurdunun bu yaz çiçəyinin bağrında qara xal yaranmışdır. Ancaq ana Vətəni, doğma xalqı acılar çəkib, qanlar axıtsa da, azadlıq yolundakı bu imtahandan da alnıaçıq çıxmışdır.

Qoynunda Şeyx Səfi Ələddin, Mahmud Qənizadə, Cabbar bəy Baxcaban, Səid Səlmasi, Nimtac xanım, Mahmud Əşrəfzadə, Həbibüllah Ağazadə, Mahmud Sadıqpur Şami kimi neçə-neçə ünlü sənətkar yetirən, torpağının altı, üstü qızıl tək qiymətli olan,  qədim mədəniyyət beşiyi kimi dünyanın maddi-mədəniyyət irsi siyahısına düşən nadir bir şəhər məhv olmaq, bu şəhərin üzük qaşı olan Urmu gölü isə oraya axan çayların üzərinə suvarma məqsədilə vurulan bəndlər, qazılan saysız-hesabsız quyular  üzündən qurumaq üzrədir...

Çox maraqlıdır ki, Urmiya gölü dünyanın nadir biosfer qoruqlarından biri kimi UNESKO tərəfindən 1967-ci ildə qeydiyyata alınıb, yəni, qoruq elan olunub UNESCO-nun qərarı ilə qorunan təbii ərazilər siyahısına daxil edilib. Lakin burnundan uzağı görməyən siyasət dəllalları buna da məhəl qoymur anlamırlar ki, Urmu gölünün quruması nəinki bütün Azərbaycan, eyni zamanda Türkiyə İraq, eləcə İran torpaqları üçün ciddi ekoloji fəlakətlər yaradacaq. Sovetlər dönəmində eyni xarakterli hadisə Aral gölünün başına gətirilmişdi... 1960- illərin əvvəllərində iqtisadçılar Özbəkistan Qazaxıstanda pambıq əkinini artırmaq məqsədilə sahələrini sulamaq üçün Aral gölünün təbii qaynaqları olan Amudərya Sırdırya çaylarının üzərindən bənd vuraraq suyundan bolluca istifadə etmiş, nəticədə 1960- illərdən bəri Aral gölü yetərincə təmin olunmamışdı. Həm yayın istisindən suyunun azalmasından tədricən quruyan gölün sahəsi 80 faizə qədər kiçilmiş, suları 150 km içəri çəkilmişdi. 20 il ərzində 60 km3 gölün suyunun səviyəsi 1980-ci illərədək 80-90 sm azalır 1989-cu ildə Aral gölü iki yerə ayrılır: Kiçik göl (quzey) Böyük göl (güney). Beləliklə 1960- ildə sahəsi 68.000 km2 olan Aral gölü getdikcə kiçilmiş 2005-ci ildə 14.000 km2 olmuşdu. Özbəkistan Uluslararası Altın Miras Vakfı Ankara Bölümündən Süleyman Mərdanoğlunun söylədiyinə görə, "hazırda "Xəzəri Aralla Birləşdirmə Projesi" üzərində çalışılır. Bu layihədən məqsəd Ob çayının sularını Arala axıtmaq Aral gölü ilə Xəzər dənizini bir kanal vasitəsilə birləşdir-məkdir. Uuslararası Aralı Kurtarma Fonu (UAKF) İcra Komitəsinin açıklamasında isə Aral gölü probleminin aradan qaldırılması, bölgənin iqtisadi sosial inkişafının təmin olunması, ekoloji ətraf mühitdə yaranmış problemlərin çözülməsi amacı ilə 2011-2015-ci illər üçün hazırlanan Proqram çərçivəsində 10 milyard ABŞ dollarının xərclənəcəyi nəzərdə tutulur. Aral gölünün dərdinə çarə bulmaq üçün yüksək səviyyədə işlər görülür.

Modern.az saytında yayımlanan son məlumata da isti-isti nəzər salmağı düşündüm: "Güney Azərbaycan əhalisinin hətta beynəlxalq təşkilatların bu göllə bağlı həyəcan təbili çalmasına baxmayaraq İran rejimi qarşısına qoyduqu məqsədi icra etməməkdədir. Urmu gölündən əldə olunan son video görüntülər şəkillər bunu deməyə əsas verir ki, artıq Urmu gölünün 80% quruyub həmin gölün ətrafında olan kəndlər duz fırtınalarının məhv etdiyi təsərüfatlarını qoyaraq İranın başqa şəhərlərinə köçməyə məcbur olurlar.Yerli əhalidən aldıqımız məlumtlara əsasən Türkiyədən Şimali İraqdan kütləvi şəkildə bu bölgəyə köçürülən terrorist kürdlərın təhlükəsi bir tərəfdən, Urmu gölünün qurudulması da o biri tərəfdən, artıq bu bölgədə yaşamaq mümkün olmayacaq. Min illərdən bəri Urmu gölünün sakinləri olan nadir quşlar dünyada müşahidə olunmayan dəniz heyvanları da artıq ya tələf olub, ya da buradan köç etmək məcburiyyəti ilə üzləşib " .

Güneydə sonuc, mövcud durum budur... İransa bu sonucu sanki görməzliyə vurur tam tərsini edir... Amma nikbin düşünmək inanmaq gərəkdir ki, Tanrı açan yolu bəndə bağlaya bilməz... Nazir Şərəfxaninin Urmu gölünə müraciətlə yazdığı bu şanlı gölün sahilində yerləşən qədim bir elin-Türk yurdunun tarixini vərəqlədiyi, misilsiz gözəlliklərini böyük bir məhəbbətlə vəsf elədiyi "Urmu dəryaçası" poemasından gətirdiyimiz örnəkdə olduğu kimi:

 

Urmu dəryaçası! Tufanlı dənizlər başısan sən,

Parlayan taci-təbiətdə brilyant qaşısan sən,

Duzlu, istəkli, maraqlı dərə, dağ yoldaşısan sən,

Şor olubsan, elimin gözdən axan göz yaşısan sən,

Dəryalar səngi-səbur olsa, dəyirman daşısan sən.

Səni tufan yıxa bilməz,

Sənə heç kim çıxa bilməz,

Sənə yel, sel bata bilməz,

Səni könlüm ata bilməz!

 





11.06.2014    çap et  çap et