525.Az

Deputatın obyektində qanlı olay: yaralılar var


 

Deputatın obyektində qanlı olay: <b style="color:red">yaralılar var</b> Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kürdəmirin mərkəzi bazarında yerləşən “Şəki” restoranında orada ofisiant işləyən şəxslə aşpaz arasında dava olub. Dava-dalaş zamanı hər iki şəxs bir-birini bıçaqlayıb. Onlar müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Hadisənin səbəbi və digər məqamlar barədə ətraflı məlumat verilmir. Olayın baş verdiyi restoranın yerləşdiyi bazar Kürdəmirdən seçilmiş millət vəkili Fərhad Qəribova məxsusdur.
 
Faktla bağlı araşdırmalar aparılır.
 





11.06.2014    çap et  çap et